Onun həyatı haqqında çox da məlumat yoxdur. "Zu-n-Nun" ləqəbi "balıq sahibi" mənasındadır "Misri" nisbə onun əslən Misirdən olduğunu bildirir.[2]
Zu-n-Nun Suriya və Ərəbistanda çoxlu səyahətlər etmiş, bir çox sufi müdriklərinin, o cümlədən Səhl Tustərinin tələbəsi olmuşdur. 829-cu ildə bidət ittihamı ilə həbs edilmiş və Bağdad həbsxanasına göndərilmişdir, lakin sonra xəlifə Mütəvəkkilin müdaxiləsi sayəsində sərbəst buraxılmışdır. Azadlığa çıxandan sonra Qahirəyə getmiş və orada vəfat etmişdir.