Ziqmar Qabriel Sigmar Gabriel
27 Yanvar 2017 – 14 Mart 2018 Əvvəlki Frank-Valter Ştaynmayer Sonrakı Xeiko Maas
17 Dekabr 2013 – 14 Mart 2018 Əvvəlki Filipp Rösler Sonrakı Olaf Şolç 17 Dekabr 2013 – 27 Yanvar 2017 Əvvəlki Filipp Rösler Sonrakı Briqitta Çipris 13 Dekabr 2009 – 19 Mart 2017 Əvvəlki Franz Münteferinq Sonrakı Martin Şults 22 Oktyabr 2005 – 27 Oktyabr 2009 Əvvəlki Trutten Yurqen Sonrakı Norbert Rötqen 15 Dekabr 1999 – 4 Mart 2003 Əvvəlki Qеrhаrd Qloqovski Sonrakı Kristian Vulf
Doğum adı
Sigmar Hartmut Gabriel
Doğum tarixi
12 sentyabr 1959 (65 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti
siyasətçi , yazıçı-dokumentalist [d]
Uşağı
3 [ 2]
Dini
Almaniyada protestant kilsəsi [d]
Elm sahəsi
siyasət [ 4]
sigmar-gabriel.de
Vikianbarda əlaqəli mediafayllar
Ziqmar Qabriel (alm. Sigmar Gabriel , 12.09.1959 , Qoslar) — Alman siyasətçisi, Sosial Demokrat Partiyasının üzvü (2013 -2018 ). Almaniya Xarici İşlər Naziri (2017 -2018 ). Aşağı Saksoniya ərazisinin baş naziri (1999 -2003 ). Ekologiya, təbiət mühafizəsi və nüvə təhlükəsizli naziri (2005 -2009 ). 13 noyabr 2009 -cu ildən Almaniya Sosial Demokrat Partiyasının sədri olmuşdur. Almaniya İqtisadiyyat və Enerji naziri(2013 -2017 ).
Həyatı
Ziqmar hələ üç yaşında olarkən valideynləri boşanır. Anası tibb bacısı, atası isə bir bələdiyyə işçisi idi.
Ziqmar Qabriel, Qoslar Şəhər gimnaziyasını bitirdikdən sonra hərbi xidmətə çağrıldı.
Elmi fəaliyyəti
1988 -ci ildə Göttingen Universiteti "Alman dili, siyasəti və sosialogiyası müəllimliyi"ni bitirir.
1989 -1990 -cu illərdə Qoslar xalq məktəbində işləmişdir.
1976 -1989 Ziqmar Qabriel "Almaniyanın sosialist gəncliyi-Şahinlər" təşkilatında çalımışdır.. Tezliklə Ziqmar Qoslarda yerli şöbənin təşkilatın lideri, daha sonra isə, Braunşveyq şəhər təşkilatının rayon şöbəsinin sədir olmuşdur.
1987 -1989 -cu illərdə Qoslar rayonunun rayon qanunvericiliyinə üzv oluşdur.
1991 -1999 -cu illərdə sədr vəzifəsində çalışdı.
1990 -2005 -ci illərdə Aşağı Saksoniya torpağının millət vəkili seçilir.
1997 -ci ildən bu yana torpaq sədrinin müavini vəzifəsində çalışmışdır.
1998 -1999 və 2003 -2005 -ci illərdə Ziqmar Almaniya Sosial Demokrat Partiyasında fraksiyaya rəhbərlik edirdi.[ 5] .
Aşağı Saksoniya Baş nazirinin 15 dekabr 1999 -cu ildə Qerhard Qloqovskinin istefasının ardından Ziqmar Qabriel vəzifəsinin başına keçdi.
2 fevral 2003 -cü ildə Aşağı Saksoniya əyalətini seçkilərindən sonra Almaniya Sosial Demokrat Partiyasını itirdi və istefa verdi.
2005 -2009 -cu illərdə Ziqmar Angela Merkel koalisiya hökumətində Ekologiya, təbiətin mühafizəsi və Nüvə Təhlükəsizliyi Nazirliyi vəzifəsinə seçildi.[ 6]
Sentyabrın 27-də seçkilərdə Sosial Demokratın məğlubiyyətindən sonra ASDPnın sədri Franz Münteferenq istefa etdi.
2009 -cu il noyabrın 13-də Drezdəndəki partiya konqresində ASDPnın sədri seçilən Siqmar Qabriel 94.2% səs toplayır.
2013 -cü ildə yenidən vitse-kansleri, iqtisadiyyat və energetika naziri kimi hökumətə qatıldı.
27 yanvar 2017 -ci ildə Frank-Valter Ştaynmayeri əvəz edərək, Almaniyanın Xarici İşlər Naziri təyin edilir.
14 mart 2018 -ci il Almaniyanın yeni koalisya hökumətinin formalaşmasından sonra Almaniya vitse-kansleri və Xarici İşlər Nairi vəzifəsindən ayrıldı.
Həmçinin bax
İstinadlar
Xarici keçidlər