Ziqen (alm. Siegen) — Almaniya şəhəri, Şimali Reyn-Vestfaliya torpağına aid edilir. Arnsberq inzibati dairəsinə aid olan Ziqen-Vittgenştayn rayonunun mərkəzi. Əhalisi 103 555 nəfərdir. Şəhərin ərazisindən Ziq çayı axır. Zigerland filiz rayonunun mərkəzi. Barokko dövrünün məşhur rəssamı Piter Paul Rubensin doğum yeri.
Coğrafiyası
Coğrafi mövqeyi
Ziqenə yaxın iri şəhərlər arasında Hagen (65 km), Frankfurt-Mayn (120 km), Koblens (65 km) və Köln (75 km) var.
İqlimi
Ziqenin hündürlükdə yerləşməsi onun iqliminə çox təsir göstərir. İl ərzində orta hesabla 1160,8 mm yağıntı düşür. Beləliklə, yağıntının miqdarına görə Ziqen Almaniyanın iri şəhərlərinin arasında Vuppertaldan sonra ikinci yeri tutur. Ən nəmli ay dekabr (137,5 mm yağıntı), ən quru isə apreldi (80,3 mm yağıntı).
Orta illik temperatur 8,6 °C təşkil edir. Ən isti ay iyul (17,1 °C), ən soyuq isə yanvardı (0,5 °C)[1].
Siyasət
Gerbi
Şəhərin gerbində gümüş meydanda olan qapı ilə dişli divar əks olunub, qapının ətrafında alçaq itiuclu qalalar var. Qapının üstündə riza adlanan mavi xələt, mavi mitre və gümüşlü örtükdə yepiskop təsvir olunub, onun sağ əlində gümüşlü əsa, sol əlində isə açıq kitab var.
İstinadlar
Lüğətlər və ensiklopediyalar | |
---|
|