Zilli Namazov

Zilli Namazov
Zilli Yunis oğlu Namazov
Doğum tarixi
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri Bakı
Vəfat səbəbi Xərçəng xəstəliyi
Vətəndaşlığı Azətbaycanlı
Fəaliyyəti Aktyor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2019

Zilli Namazov (195127 dekabr 2021) — Azərbaycan kino aktyoru, ikinci rejissor, Azərbaycan Respublikasının əməkdar artisti (2019).

Həyatı

1974-cü ildə İncəsənət institutunun kino-aktyor fakültəsində Adil İsgəndərovun kursunu bitirib,1976 ildən Azərbaycanfilmdə aktyor-rejissor kimi çalışır…Azərbaycanfilmin istehsal etdiyi 50-dən çox filmdə irili-xırdalı obrazlar yaradıb. Bundan əlavə "Belarusfilm","Mosfilm","İranfilm" və ABŞ-nın istehsal etdiyi filmlərdə çəkilib. Yaratdığı xarakterik obrazlarla tamaşıçıların qəlbinə yol tapan aktyor dublay olunan filmlərdə fəaliyyət göstərir. Gənc aktyorların formalaşmasında yaxından iştirak edir. Eyni zamanda görkəmli kino rejissoru Vaqif Mustafayevin çəldiyi filmlərində rejissor kimi işləyib. Hal-hazırda kino fəaliyyəti ilə yanaşı, televiziya sahəsində də, çalışır. Ailəlidir:oğlu İlkin Namazov da aktyor kimi çalışır.

Zilli Namazov 27 dekabr 2021-ci ildə Bakı şəhərində xərçəng xəstəliyindən vəfat etmişdir.[1]

Mükafatları

31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[2]

Filmoqrafiya

  1. 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
  2. 777 №-li müəssisədə (film, 1988) (qısametrajlı bədii süjet-Mozalan № 129)
  3. Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-rol: Səlimov
  4. Bəlkə... (film, 1985)
  5. Bəyaz həyat (film, 2003)
  6. Bəyin oğurlanması (film, 1985)
  7. Bir ovuc torpaq (film, 2009)
  8. Bircəciyim (film, 1986)
  9. Birisigün, gecəyarısı... (film, 1981)
  10. Bumeranq (film, 1982)
  11. Dad (film, 1984)
  12. Dağıdılmış körpülər (film, 1996)
  13. Dalan (film, 2012)
  14. Dəvətnamə (film, 1989)
  15. Doğma sahillər (film, 1989)
  16. Əlavə iz (film, 1981)
  17. Gözlə məni (film, 1980)
  18. Güllələnmə təxirə salınır!... (film, 2002)
  19. Hər şey yaxşılığa doğru
  20. Heydər Əliyev. Birinci film. General (film, 1996)
  21. Heydər Əliyev. İkinci film. Birinci (film, 1999)
  22. Heydər Əliyev. Üçüncü film. Moskva. Kreml (film, 1999)
  23. Heydər Əliyev. Dördüncü film. Lider (film, 1999)
  24. Heydər Əliyev. Beşinci film. Tale (film, 2000)
  25. Heydər Əliyev. Altıncı film. Əsl məhəbbət haqqında (film, 2001)
  26. Heydər Əliyev. Yeddinci film. Bir həsədin tarixi (film, 2002)
  27. Heydər Əliyev. Səkkizinci film. Professional (film, 2004)
  28. Heydər Əliyev. Doqquzuncu film. Patriot (film, 2004)
  29. Hücum (film, 1989)
  30. Xəbərdarlıq (film, 1985)
  31. Köhnə bərə (film, 1984)
  32. Qanlı zəmi (film, 1985)
  33. Qara "Volqa" (film, 1994)
  34. Qarabağ şikəstəsi (film, 1996)
  35. Qətl günü (film, 1990)
  36. Qəzəlxan (film, 1991)
  37. Qorxma, mən səninləyəm
  38. Mastika (film, 1986)
  39. Mühazirə (film, 1986)
  40. Nəğməkar torpaq (film, 1981)
  41. O dünyadan salam (film, 1991)
  42. Pəncərə (film, 1991)
  43. Sahilsiz gecə (film, 1989)
  44. Sizi dünyalar qədər sevirdim (film, 1985)
  45. Son döyüş (film, 1996)
  46. Sübut (film, 1982)
  47. Şahid qız (film, 1990)
  48. Şirbalanın məhəbbəti (film, 1991)
  49. Tək olanda qorxma... (teleserial, 2013)
  50. Tutuquşu (film, 1985)
  51. Üzeyir ömrü (film, 1981)
  52. Üzü küləyə (film, 1977)
  53. Vərdiş (film, 1988)
  54. Vəssəlam-şüttəmam (film, 1990)
  55. "Yapon" və yaponiyalı (film, 1990)
  56. Yeni iş üsulu (film, 1989)
  57. Yoxlama (2006)
  58. Yol əhvalatı (film, 1980)
  59. Yük (film, 1995)
  60. Zirzəmi (film, 1990)

İstinadlar

  1. "Əməkdar artist vəfat etdi". E-huquq.az (az.). 2021-12-27. 2024-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-02.
  2. President.az. "Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 2019-07-31. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-31.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!