Zaur Zeynalabdul oğlu Rüstəmov (1975, Kürdmaşı, İsmayıllı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general mayoru,[1] "Qarabağ" ordeni kovaleri.
Həyatı
Zaur Rüstəmov 1975-ci ildə İsmayıllı rayonunun[2] Kürdmaşı kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Əvvəlcə İsmayıllı rayonunun Kürdmaşı orta məktəbində, ardınca Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır. Hərbi liseydən sonra, 1992-ci ildə dövlətimiz tərəfindən Türkiyə Respublikasına hərbi təhsil almaq üçün göndərilmişdir. 1996-cı ildə Azərbaycanın ilk milli hərbi təyyarəçilərindən biri olaraq vətənə qayıtmış Azərbaycan Respublikası Silahlı qüvvələrinində xidmətə davam etmişdir. Hazırda Azərbaycan Hərbi Hava Qüvvələrinin general-mayoru olan Zaur Rüstəmov[3] xidməti dövründə dövlətimiz tərəfindən dəfələrlə mükafatlandırılmışdır. Azərbaycan Ordusun 100 illiyinə həsr olunmuş paradda və 8 noyabr Zəfər paradında paraddan keçən təyyarəçilərə öndərlik etmişdir..
Z. Rüstəmov 2022-ci ilin may ayında Bakıda keçirilən "Teknofest" festivalında iştirak üçün Azərbaycana gələn "Baykar Texnologiya"nın rəhbəri Selçuk Bayraktar ilə birlikdə Azarbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiG-29 qırıcı təyyarəsi ilə uçuş edib. Belə ki, S. Bayraktarı uçuş zamanı pilot, polkovnik Zaur Rüstəmov müşayiət edib.
25 iyun 2022-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə General-mayor ali hərbi rütbəsi verilmişdir.[1]
7 noyabr 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Hərbi Hava Qüvvələri Komandanının müavini-Hava Döyüş Komandiri vəzifəsinə təyin olunub.
İngilis,rus dillərini bilir.
Təltif və mükafatları
İstinadlar