Zərifə Salahova |
---|
|
Doğum tarixi |
2 fevral 1932(1932-02-02) (92 yaş) |
Doğum yeri |
|
Fəaliyyəti |
kurator[d], museum founder[d] |
Mükafatları |
20072022 |
Zərifə Teymur qızı Salahova (2 fevral 1932, Bakı) — Azərbaycan ictimai xadimi, Miniatür kitab muzeyinin təsisçisi və rəhbəri.
Həyatı
Zərifə Teymur qızı Salahova 1932-ci il fevralın 2-də Bakı şəhərində doğulub. 1952-ci illərdə Sabir adına Pedaqoji məktəbi bitirib. 1952–1956-cı illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1966–1967-ci illərdə Sov. İKP MK yanında Ali Partiya Məktəbinin dinləyicisi olub. 1956–1958-ci illərdə orta məktəbdə ibtidai sinif pedaqoqu, rus dili və ədəbiyyatı müəllimi işləyib. 1958–1962-ci illərdə "Minqeçaurskiy raboçiy" və "Kommunist Sumqaita" qəzetlərinin əməkdaşı olub.
1962–1966-cı illərdə Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin təlimatçısı, mühazirəçisi, təbliğat və təşviqat şöbəsinin müdiri vəzifələrində işləyib. 1970–1981-ci illərdə Azərbaycan KP MK-nin təşkilat-partiya işi şöbəsinin partiya informasiya sektorunun müdiri olub. 1981–1993-cü illərdə Azərbaycan SSR Kitab Həvəskarları Könüllü Cəmiyyətinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsini tutub.
İctimai-siyası fəaliyyəti
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edir.
1993-cü ildən "Kitab" Cəmiyyəti İdarə Heyətinin sədridir. 2002-ci ildən Azərbaycan Qadınları Bakı Assosiasiyasının sədridir. Onun yaratdığı Miniatür kitab muzeyi 2 aprel 2002-ci ildə öz fəaliyyətinə başlamışdır.
2005 və 2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkəti Müşahidə Şurasının üzvü təyin edilib.
Mükafatları
1 fevral 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda kitab mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
2012-ci ildə Belarus Prezidentinin Fərmanına əsasən Belarus Respublikasının dövlət mükafatı – "Fransisk Skarina" medalına layiq görülmüşdür.[1]
1 fevral 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda ictimai və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilib.[2]
Həmçinin bax
İstinadlar