Yəhya mirzə Əbdülhüseyn mirzə oğlu Şəms 1874-cü ildə Həmədan şəhərində doğulmuşdu. İbtidai təhsilini ailədə, orta təhsilini doğma şəhərində almışdı. Sonra Avropaya yollanmış, tibbi təhsil almış, həkim kimi vətənə dönmüşdü.
Yəhya mirzə Şəms Lisanülhükəma ləqəbini daşıyırdı.
Yəhya mirzə Şəms 1951-ci ildə Tehran şəhərində vəfat edib.
Ailəsi
Yəhya mirzənin Məhəmmədqulu mirzə adlı oğlu, Cahansultan xanım adlı qızı vardı.
Mənbə
Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.