Yusif Eyvazov

Yusif Eyvazov
Yusif Eyvazov “Turandot” oprasında Kalaf rolunda
Yusif Eyvazov “Turandot” oprasında Kalaf rolunda
Ümumi məlumatlar
Doğum tarixi 2 may 1977(1977-05-02) (47 yaş)
Doğum yeri
Həyat yoldaşı
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi
Səs tembri tenor
Albom şirkətləri Decca Records[d], Columbia Records
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı
İmzanın şəkli
yusifeyvazov.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yusif Vilayət oğlu Eyvazov (2 may 1977, Əlcəzair, Əlcəzair[3][4]) — Azərbaycan əsilli opera müğənnisi, dramatik tenor, Azərbaycan Respublikasının Xalq artisti (2018). Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru (2023-cü ildən).[5]

Həyatı

Yusif Vilayət oğlu Eyvazov1977-ci ildə Əlcəzairdə ziyalı azərbaycanlı ailəsində anadan olmuşdur. Onun valideynləri həmin dövrdə Sovet İttifaqının mütəxəssisləri qismində Əlcəzairdə işləyirdilər. Atası metallurgiya üzrə mütəxəssis, Bakı Dövlət Unversetinin professoru olmuşdur. Bakıda böyüyüb başa çatan və atasının yolunu davam etdirmək istəyən Yusif orta məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinə qəbul olur. Hələ Texniki Universitetin tələbəsi olarkən, tələbə yığıncaqlarının birində yoldaşlarının xahişi ilə "hansısa bir pop mahnısını" ifa edir və dostlarının təkidi ilə musiqi təhsili almaq qərarına gəlir.[6] Musiqini həssas duymaq qabiliyyəti, oxumaq istedadına və həvəsinə görə, Yusif Eyvazov 1996-cı ildə Bakı Musiqi Akademiyasına daxil olur, daha sonra təhsilini davam etdirmək məqsədilə 1998-ci ildə İtaliyaya, Milana gedir. Burada Franko Korelli, Luçano Pavarotti, Maqda Oliveri, Plaçido Dominqodan ustad dərsləri alır[7]. 2009-cu ilin aprelində Bakıda ilk solo konserti ilə çıxış etmişdir. 2010-cu ildə Dövlət Akademik Böyük Teatrda Kavaradossi ("Toska" C. Puççini) obrazı ilə debüt çıxış etmişdir.

Yusif Eyvazov Kapriolo, Montanyana və Milan vokal müsabiqələrinin finalçısı və qalibi olmuşdur.

9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.[8]

21 may 2018-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.[9]

7 Aprel , 2023-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktoru təyin olunub.[10]

Opera

Yusif Eyvazov seçdiyi rollarda daha çox italyan operalarının repertuarına üstünlük verir. Cüzeppe Verdi, Boyto, Verismo, Rucero Leonkavallo, Cakomo Puççini və Maskanyidən tutmuş Cordanoya kimi bəstəkarların əsərlərindəki qəhrəman obrazların ariyaları Y. Eyvazovun repertuarında əsas yer tuturlar. C. Verdinin "İl trovatore" operasından Manriko, "Aida" operasından Radames və "Otello"da Otello, Puççininin əsərlərindən isə "Manon Lesko" operasında Kavaler de Grie (Des Grieux), „La Boheme“ operasında Rodolfo, "Toska"da Kavaradossi, "İl tabarro"da Luici və "Turandot" operasında isə Kalaf obrazları onun ifa etdiyi rollar sırasındadır. Rus repertuarından indiyədək yalnız P. İ. Çaykovskinin "Qəliz qadın" operasındakı Hermann rolu ilə səhnəyə çıxan Y. Eyvazov fransız operalarından J. Bizenin "Karmen" operasında Don Xose obrazını canlandırıb.

Karyerasında İtaliyada başlayan Y. Eyvazov Opera Fiesoledə, Roma Opera Teatrında (it. Teatro dell'Opera di Roma) və Arena di Veronada Radames partiyasını, Venesiyada Teatro La Fenice-də Hermann, Ravenna Festivalında Otello partiyalarını ifa etmişdir. Hələ 2010-cu ildə Dövlət Akademik Böyük Teatrda Kavaradossi rolunu ifa etmək üçün dəvət almışdır. 2014-cü ildə Anna Netrebko ilə tərəf müqabili olan Yusif Eyvazov Romada görkəmli dirijor Rikkardo Mutinin rəhbərliyi ilə C. Puççinin "Manon Lesko" operasında De Grie obrazını canlandırmışdır. Sonrakı səhnə uğurları Rucero Leonkavallinin "Klounlar" (it. "Pagliacci") operasında Kanio rolu rolu olmuşdur.

Konsertlər

Yusif Eyvazov Cüzeppe Verdi Milan Simfonik Orkestri (qısaca LaVerdi adı ilə tanınır) ilə dəfələrlə konsert proqramları ilə çıxış etmişdir. Konsert zallarında daha çox italyan operalarından məşhur ariya və duetlər ifa etməyə üstünlük verir. Red Ribbon Celebration Concert 2014 tədbirində Piotr BeczałaThomas HampsonJennifer O’LoughlinLuca Pisaroni, Ildar Abdrazakov və Vesselina Kasarova ilə birgə səhnədə yer almışdır. Həmin Qala konsertinin solistlərini ORF Radio Simfonik Orkestri müşayiət etmişdir.

Barselonada Palau de la Musica Catalana konsert zalında Massimo Zanettinin dirijorluğu ilə keçirilən konsertdə Anna Netrebko ilə tərəf müqabili olub. 2015-ci ilin yayında isə Versal sarayının parkında açıq səma altında təşkil olunan konsertdə səhnəyə çıxıb. 2015-ci ilin dekabrında Parma şəhərində Verdi və Puççinin operalarından parçalar ifa edib, bir neçə gün sonra isə Anna Netrebko və Eleonora Buratto ilə birlikdə Forlidə dünya şöhrətli dirijor Rikkardo Mutinin dirijorluğu ilə Recital Pucciniano konsert proqramında onu dinləmək mümkün olub. 2016-cı ilin yaz aylarında Netrebko ilə Asiya ölkələrinə qastrolda olub, onlar Honqkonq, Seul, Naqoya, Tokio və Taypeydə birgə konsertlər veriblər. 2016-cı ilin avqust ayında Zaltsburq Yay Festivalında (almanca Salzburger Festspiele) Anna Netrebko və Yusif Eyvazovun ifasında C. Puççinin "Manon Lesko" operasının əsas partiyalarından ibarət konsert baş tutub.

Yusif Eyvazov həmçinin xeyriyyəçilik tədbirlərində də çıxış edir. 2015-ci ildə Vyana Life Ball və Vyana Musiqi Cəmiyyətində (almanca Wiener Musikverein) İldebrando D´Arkancelo və Anna Netrebko ilə birgə Avstriya Autistlərə Yardım Təşkilatının xeyrinə konsert proqramı ilə çıxış edib.[11]

Ailə həyatı

2014-cü ilin mart ayında Yusif Eyvazov öz Facebook səhifəsində statusunu nişanlı olaraq dəyişsə də, kiminlə nişanlandığına aydınlıq gətirmədi. 10 iyul 2014-cü ildə isə Anna Netrebko öz Facebook səhifəsində nişanlandığını bəyan etdi. Cütlük həmin ilin fevral ayında Roma şəhərində "Manon Lesko" operasının məşqləri zamanı tanış olubmuş. 29 dekabr 2015-ci ildə Anna Netrebko və Yusif Eyvazov Vyanada nikah bağladılar. Nikah mərasimi "Koburq" sarayında (Palais Coburg), onun ardınca isə toy mərasimi "Lixtenşteyn" sarayında (Palais Liechtenstein) baş tutdu.[12]

Yusif Eyvazov Anna Netrebko və onun ilk nikahdan olan oğlu Tiaqo ilə Vyanada yaşayır. O, çox yaxşı ingiliscə və demək olar ki, mükəmməl səviyyədə italyan dilində danışır.

2024-cü ilin iyun ayında ayrıldıqlarını lakin yenə də birlikdə çıxış edəcəklərini açıqladılar.

Repertuarı

27 fevral 2014-cü ildə Roma Opera Teatrında (it. Teatro dell'Opera di Roma) Cakomo Puççininin "Manon Lesko" ("it. Manon Lescaut") operasının nümayişi anşlaqla keçib. Operada azərbaycanlı tenor Yusif Eyvazov kavaler de Qrie (Des Grieux) partiyasını, rusiyalı soprano Anna Netrebko isə Manon Lesko partiyasını ifa edib[13].

"Təhsilim və karyeram boyu […] karyera haqqında düşünmədim, ancaq öz üzərimdə işləməyə üsünlük verdim. Dünən də, bu gün də, sabah da mənim əsas məqsədim öyrənmək, hər zaman yenilik və texnikaları mənimsəməklə səsimi mükəmməlləşdirməkdir. Bu çox çətin bir işdir. Və sonra: nə olarsa olsun."

– Yusif Eyvazov

Haqqında

"Yusif Eyvazovun Kavaradossisi anlaşılmazdır: ifa və ilk ariya yarımçıq doğulmuşdur — sanki səsi azmış, özünə yer axarmaqdadır. Gedişatda güclü şəkildə inkişaf edərək, III pərdədə dünya səviyyəli performansa şahid oldum. Yüksək gurultulu, güclü səs qəhrəmanlıq püskürtüsü qabiliyyətindədir, xüsusilə yekun akt bu gerçəkliyin əsil nümunəsi idi."

Heins Sixrovski Der Göttlichkeitswahn der Macht, NEWS, 10 iyul 2015 — Yusif Eyvazovun Kavaradossisi haqqında

İstinadlar

  1. 1 2 Deutsche Welle. 2015.
  2. 1 2 https://oxu.az/medeniyyet/azerbaycanin-xalq-artisti-heyat-yoldasindan-ayrildi.
  3. 1 2 Eyvazov, Yusif // Çex Milli Hakimiyyət Məlumat bazası.
  4. "Интервью с Юсифом Эйвазовым". Vinegret.az.
  5. "Yusif Eyvazov Opera və Balet Teatrına direktor təyin olundu". 2023-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
  6. NEWS: [https://web.archive.org/web/20220118074707/https://www.news.at/a/anna-netrebko-freund-yusif-eyvazov Arxivləşdirilib 2022-01-18 at the Wayback Machine
  7. 1 2 3 4 5 6 7 8 Yusif [ölü keçid]
  8. President.az. "Azərbaycan Respublikasının teatr xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.03.2017. 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-09.
  9. President.az. "Y.V.Eyvazova "Xalq artisti" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 2018-05-21 17:45. 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.05.2018.
  10. "Opera və Balet Teatrına yeni direktor təyin olunub". 2023-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
  11. Daniela Schimke: Netrebkos Verlobter um 15 Kilo leichter Arxivləşdirilib 2016-03-25 at the Wayback Machine, Kurier, 15. April 2015
  12. 180 Gäste und Kutschenfahrt: Anna Netrebko heiratet in Wien. Arxivləşdirilib 2018-01-16 at the Wayback Machine derStandard.at. 29. Dezember 2015, abgerufen am 1. März 2016
  13. sia.az [ölü keçid]
  14. Get-Tune.net [ölü keçid]

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!