Yollar görüşəndə — rejissor Ramiz Mirzəyevin filmi.
Məzmun
Televiziya tamaşası saf məhəbbətdən bəhs edir. O məhəbbətdən ki, onun qabağında heç bir maneə, heç bir sədd dayana bilmir.
Mais (Yaşar Nuri) elmi işçidir və çox inadkardır. Necə deyərlər tutduğunu qoparan biridir. Təsadüf elə gətirir ki, o işlədiyi institutun direktoru Rza müəllimin (Səməndər Rzayev) qızı Çiçəyə (Səidə Quliyeva) aşiq olur. Çiçək də Maisə qarşı etinasız deyil. Lakin məsələ burasındadır ki, Çiçəyin bir həftədən sonra nişanlısı Həmidlə (Rəfael Dadaşov) toyu olmalıdır. Toya hazırlaşan ailələrin planlarını məhz Mais alt-üst edir.
Filmin heyəti
Film üzərində işləyənlər
- Əsərin müəllifi: Ruhəngiz Qasımova
- Mahnıların mətni: Fikrət Qoca
- Mahnıları ifa edənlər: Flora Kərimova, Cavan Zeynallı (Cavanşir Zeynallı kimi)
- Rəqslərin quruluşu: Kamal Həsənov
- Rəqs edir: İnşaatçılar Mədəniyyət Sarayının "Cəlalə" Rəqs Studiyası
- Trük səhnələrinin quruluşu : Bahadır Qafqazlı
- Quruluşçu operator: Eldar Məmmədov
- Operatorlar: Fəxrəddin Məmmədov, Yusif Dadaşov
- Quruluşçu rəssam: Qurban Məlikov
- Səs rejissorları: Akif Xəlilov, Mehdi Zeynalov
- Rejissor köməkçisi: Sevil İbrahimova
- Quruluşçu rejissor: Ramiz Mirzəyev
- Bəstəkar: Ruhəngiz Qasımova (titrlərdə yoxdur)
Rollarda
- Səməndər Rzayev — Rza
- Nəcibə Məlikova — Dilbər
- Səidə Quliyeva — Çiçək
- Gülxar Həsənova — Hökümə
- Yaşar Nuri (Yaşar Nuriyev kimi) — Mais
- Sevil Xəlilova — Rahidə
- Muxtar Avşarov — İlyas
- Sofa Bəsirzadə (Sofya Bəsirzadə kimi) — Töhfə
- Rəfael Dadaşov — Həmid
- Hamlet Qurbanov — müəllif
- Flora Kərimova — müğənni (titrlərdə yoxdur)
- Cavan Zeynallı — müğənni (titrlərdə yoxdur)
- Mirzə Ağayev — qədeş (titrlərdə yoxdur)
İstinadlar
Xarici keçidlər