Yevgeni Korovin (tam adı: rus. Евге́ний Алекса́ндрович Коро́вин; 12 (24) oktyabr 1892, Moskva – 23 noyabr 1964[1], Moskva) — beynəlxalq hüquq üzrə ixtisaslaşmış Sovet hüquqşünası. Moskva Dövlət Universitetində, BMT-də və Haaqada yerləşən Daimi Arbitraj Məhkəməsində bir sıra vəzifələrdə çalışıb.
Həyatı
Korovin 1915-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsindən məzun olub. Əmək fəaliyyətinin ilk illərində Moskvanın, Diplomatik Akademiya da daxil olmaqla, bir çox ali təhsil müəssisələrində mühazirə deyib.
1923-cü ildə Moskva Dövlət Universitetində hüquq üzrə professor adını alıb. Həmin dövrdə Korovin o zamankı SSRİ Hüquq İnstitutunda (indiki Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutu) assistent kimi fəaliyyət göstərirdi.
Korovin 1935-ci ildə Amerika Politologiya Akademiyasının üzvü olur. 1938-ci ildə hüquq üzrə doktorluq tezisini müdafiə edir. Sovet Ordusunun hərbi hüquq akademiyasında işləyir və 1945-1946-cı illərdə çox qısa müddətə BMT-nin Hazırlıq Komissiyasında çalışır. 1946-cı ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1957-ci ildə isə Haaqa Daimi Arbitraj Məhkəməsinin üzvü seçilir.
İstinadlar
Lüğətlər və ensiklopediyalar | |
---|
|