Yeni Zelandiya dəniz pişiyi boz-qəhvəyi rəngdə olur. Onların uzunluğu 250 sm, çəkisi 70 kq-dan çox olur.
Bu növün nümayəndələri əssasən Yeni Zelandiyanın cənub, Avstraliyanın cənub və qərb sahillərində yaşayır. Onların koloniyalarına Çatem arxioelaqı, Antipodov, Kampel və Oklend adalarında rast gəlinir. Bir necə mini isə Tasmaniya adasında qərar tutur. Çütləşmə dönəmində Makkuori adalarında qədər gəlirlər. Bəzi hallarda isə azaraq Yeni Kaledoniya adalarında rast gəlinir.
Papulyasiyanın tarixi
İri koloniyalar Avstraliya sahillərində artıq XIX əsrdə demək olar ki, tamamən məhv edilir. Sonradan ov Yeni Zelandiya ərazisinə keçir və 1925-ci ildə isə burada da tükənir. Çox az bir qismi ovçulardan mağaralarda gizlənir. Hazırda isə onların ümumi sayı 60 min baş təşkil edir. Sayları ilbəil artır. Yeni Zelandiyanın şimal ərazilərində yeni koloniyalar məskən salır. Bu isə onların arealının genişlənməsi deməkdir.
Bu növün Avstraliyada yerləşən populyasiyası 35-min başdır. Burada onların inkişafı üçün geniş imkanlar vardır.
Ədəbiyyat
Ronald M. Nowak: Walker's Mammals of the World. Johns Hopkins University Press, 1999 ISBN 0-8018-5789-9