Yeni Orlean uğrunda döyüş (ing.Battle of New Orleans) — 1814-cü il dekabrın 24-də (köhnə təqvimlə) və ya 1815-ci il yanvarın 8-də Luiziana ştatı, Yeni Orlean yaxınlığında baş verən döyüş[7].
Bu 1812-ci il İngilis-Amerika müharibəsinin son böyük döyüşü idi. Endrü Ceksonun komandanlığı altında olan ABŞ qoşunları İngiltərə ordusunu məğlub etdi. Müharibəyə son qoyan Gent müqaviləsi 24 dekabr 1814-cü ildə imzalanmışdı, ancaq sülh xəbərləri Yeni Orlean döyüşünün iştirakçılarına yalnız 1815-ci ilin fevralında çatdı. Yeni Orlean uğrunda döyüş amerikalıların bu müharibədə quruda qazandığı ən böyük qələbə sayılır.
1814-cü il dekabrın 12-də admiral ser Aleksandr Kokranın komandanlığı ilə 14.450 dənizçi və əsgərdən ibarət altmış İngilis gəmisi Ponçartreyn və Borqn göllərindən şərqdə Meksika körfəzində lövbər saldılar[4][8]. Göllərə giriş leytenant Tomas ap Ketsbi Consun rəhbərliyi altında beş silah gəmisi ilə Amerika donanması tərəfindən qorunurdu. Dekabrın 14-də kapitan Nikolas Lokerin[9] komandanlığı altında təxminən karronada ilə silahlanmış 1200 ingilis dənizçisi və dəniz piyadası 42 uzun qayıqla amerikalıların üzərinə istiqamət aldılar. Qısa müddətli bir döyüşdən sonra amerikalıların gəmiləri ələ keçirildi. Döyüşdə 17 ingilis öldürülmüş və 66-sı yaralanmışdı[10]. Amerikalılardan isə 6 adam ölmüş, 35 yaralanmış və 86 nəfər əsir düşmüşdü[10]. Ən maraqlısı qarşı tərəflərin hər iki komandiri yaralılar arasında olması idi. Göllərə girişi azad etdikdən sonra general Con Kinin rəhbərlik etdiyi min ingilis əsgəri Yeni Orleandan 30 mil (48 km) şərqdə yerləşən Pi adasına üz tutdu və orada bir qarnizon yerləşdirdilər.
23 dekabr gecə hücumu
Dekabrın 23-də sübh tezdən 1800 əsgər avanqardı olan Kin şəhərdən 9 mil (14 km) cənub tərəfə Missisipi çayının şərq sahilinə çatdı[11]. General qəflətən şəhərin çay yolu boyunca mühafizə olunmayan hissəsindən hücum edə və onu bir neçə saata tuta bilərdi, lakin o, əlavə qüvvələrin gəlişini gözləyərək, Lakosta plantasiyasının yaxınlığında düşərgə salmaq qərarına gəldi[12]. Kinin bu qərarı taleyüklü oldu[13]. Günün ikinci yarısından sonra, ingilis qoşunlarının vəziyyətini öyrənən Endrü Ceksonpolkovnik Tomas Hayndsın yüngül süvari eskadronuna və Missisipi ərazisindəki polislərə düşmənin mövqelərində kəşfiyyat aparmağı əmr etdi[14][15][16]. Düşərgədə istirahət edən britaniyalıların üzərinə axşam hücumu zamanı Ceksonun 2131 əsgəri[17] var idi. Bundan sonra o, qüvvələrini Yeni Orleandan cənuba 6,4 km məsafədə yerləşən Rodriqes kanalına yönəltdi. Döyüş zamanı amerikalıların itkisi 24 nəfər ölü, 115 yaralı və 74 itkin təşkil etmişdir[18] . İngilislərdən 46 nəfər öldürülmüş, 167 yaralanmış və 64 itkin düşmüşdür[19].
Tarixçi Robert Kuimbinin fikrincə, ingilislər taktiki qələbə qazandılar ki, bu da onlara mövqelərini qorumağa imkan verdi[20]. Ancaq eyni zamanda, "ingilislər asan bir qələbəyə imanlarını itirdilər", buna görə də Kin daha ehtiyatlı davranmağa başladı və növbəti iki gün şimala irəliləmək üçün heç bir cəhd etmədi[21] . Bunun sayəsində amerikalılar torpaq işlərinin köməyi ilə kanalın möhkəmləndirilməsi üçün əlavə vaxt qazandılar[22]. Milad bayramına gələn general Edvard Pakenhem amerikalılar tərəfindən inşa edilən istehkamlarda döyüş kəşfiyyatı aparmaq əmrini verdi. Elə həmin axşam ordunun hazırkı vəziyyəti barədə məlumatları yeniləmək üçün Kokran və Kin ilə görüş keçirdi. O, aldığı yeni məlumatlardan çox narazı qaldı. Pakenhem Çef Menter boğazını hücumun əsas yolu kimi istifadə etmək niyyətində idi, lakin Kokran öz gəmilərini lazım olan hər şeyi təmin etməyə qadir hesab edirdi[23]. Admiral İngiltərə ordusunun amerikalıları darmadağın edə biləcəyinə inanırdı. O, hətta lazım gələrdisə bu işdə dənizçilərin ona kömək edəcəyinə də əmin idi. Mübahisələrə baxmayaraq toplantı iştirakçıları plan tərtib edib hücum üçün yer təyin etdilər[24].
İngilis qüvvələrinin hücum etməməsindən yararlanan amerikalılar sonradan Cekson xətti ilə tanınan artilleriya batareyalarını yerləşdirmək üçün torpaq istehkamları qurmağa başladılar. Bu istehkamlarda bir 32 funtluq top, üç 24 kiloluq, bir 18 kiloluq, üç 12 kiloluq, üç 6 kiloluq və 6 düymlük (150 mm) haubitsa olan səkkiz batareya yerləşdirildi. Cekson həmçinin USS Luiziana döyüş gəmisindən Missisipinin qərb sahilinə 24 funtluq və 12 funtluq iki top göndərdi. Amerikalı generalının komandanlığı altında 4.322 nəfər var idi: Amerika müntəzəm ordusunun 968 əsgəri,[25] 58 dəniz piyadası (müdafiə xəttinin mərkəzini tuturdular), Amerika dəniz batalyonunun 106 dənizçisi, 1060 Luiziana milisi və könüllüləri (462 azad qaradərili də daxil olmaqla), 1352 tennesili, 986 kentukkili və 150 missisipili milis və 52 çokto hindu qəbiləsi döyüşçüsü, dəniz qulduru Jan Lafitte dəstəsi ilə birlikdə. Cekson eyni zamanda Missisipi çayı yaxınlığında yerləşən USS Luiziana, USS Karolina və Enterprise hərbi gəmilərinin dəstəyinə də arxalana bilərdi.
İngiltərə ordusunun əsas hissəsi yeni 1815-ci ilin ərəfəsində gəldi. Onlar gələndə torpaq istehkamları üç saat ərzində artilleriya atəşinə məruz qoydular. Atəş nəticəsində bir neçə Amerika silah-sursatı məhv edildi və sıradan çıxarıldı (32, 24 və 12 funtluq da daxil olmaqla). İstehkamlara da atəş nəticəsində ciddi zərər dəydi. İngilis silahlarının atəşi döyüş sursatlarının tam istifadəsi səbəbindən Pakenhemın əmri ilə dayandırıldı. İngilis generalının amerikalıların Cekson xəttinin solunu təşkil edən bataqlıqdakı mövqelərindən darmadağın olub qaçmaqları barədə məlumatı olub-olmadığı məlum deyil. Pakenhem yeni bir hücuma başlamazdan əvvəl 8 minlik dəstənin gəlişini gözləməyi qərara aldı[26].
8 Yanvar döyüşü
1815-ci il yanvarın 8-də ingilis qoşunları Ceksonun müdafiə xəttlərinə doğru irəlilədilər. Bu vaxta qədər şəhərdən dörd mil aralıda, Rodriges kanalında möhkəmləndirilmiş, bataqlıqlardan çaya qədər uzanan üç müdafiə xətti çəkilmişdi. Müdafiə istehkamları taxtalarla əhatə olunmuş və artilleriya üçün torpaq sahələrlə təmin edilmişdir[27][28].
İngilis komandanlığının planına görə amerikalıların artilleriyasından dəyən zərbəni azaltmaq üçün qərb sahilindəki 20 silahlı batareyaya hücum edilməli idi[27]. Bu silahların hücum nəticəsində ələ keçirilərək amerikalıların gələcək hücumlarını dəf etmək üçün istifadə edilməsi planlaşdırılırdı. Yanvarın 8-i səhər tezdən Pakenhem general Ceksonun mövqeyinə iki tərəfli hücum üçün son əmirlərini verdi. Polkovnik Vilyam Tornton (85-ci alay) gecə 780 nəfərlik bir dəstə ilə Missisipini keçməli və dayanmadan çayın yuxarı axarı boyu hərəkət edərək amerikalıların əsas istehkamlarının cinahda olan kommondor Daniel Pattersonun batareyası üzərinə hücum etməli idi. Bundan sonra Ceksonun qüvvələri haubitsa və raketlərlə aramsız atəş altında saxlanmalıydı[29]. Ardınca isə iki kolonla torpaq istehkamlar üzərinə əsas hücuma başlamaq planlaşdırılırdı (Kinin qüvvələri çay, general-mayor Samuel Qibbsin hissələri isə bataqlıq tərəfdən). General-mayor Con Lambertin dəstəsi ehtiyatda qalırdı.
İngilislər tərəfindən 42 kiçik qayığın çaya çata bilməsi üçün kanal qazıldı[27]. Ancaq yanvarın 8-də səhər Kokranın dənizçilərinin qazdığı kanallar çökdü, yeni bir bənd tikilməsi səbəbindən dənizçilər yalnız səhər 12 saat sonra hücuma keçə bildilər[30]. Ümumi hücum təxirə salınmadı, çünki hücumun özü də uğurlu olmasa da, qərb sahilində təxribat ümidi vardı[27].
Amerikalıların mövqelərinə iki böyük hücum dəf edildi. Pakenhem və onun müavini general-mayor Samuel Qibbs torpaq istehkamlarından açılan top atəşi nəticəsində ölümcül yaralandılar. 21-ci alaydan olan mayor Vilkinson döyüş nizamını yenidən quraraq üçüncü hücuma cəhd etdi. O, əsgərlərlə birlikdə rəqib xəndəklərinə çatdı və zirvəyə çatmaq üçün bir cəhd etdi, amma düşmən gülləsinə tuş gələrək yaralandı. Onun cəsarətindən təsirlənən müdafiəçilər daha sonra onu qala divarının kənarına apardılar. Yüksək ranqlı zabitlərin əksəriyyəti öldürüldükdə və ya yaralananda 93-cü alay da daxil olmaqla ingilis əsgərlərinə geri çəkilmək və daldalanmaq əmri verən olmadığıdan Cekson mövqelərindən fasiləsiz atəşə məruz qaldılar. Ehtiyatda olan general Lambert belə şəraitdə komandanlığı öz üzərinə götürdü və orduya geri çəkilməyi əmr etdi. Bu əməliyyatı həyata keçirmək üçün o, ehtiyat qüvvələrdən istifadə etdi.
Yeni Orlean uğrunda döyüş qısa müddətli və qeyri-bərabər demək olar ki, bir tərəfli ingilis itkiləri ilə fərqlənir. İyirmi beş dəqiqə ərzində bu döyüş ingilislər üçün 700 nəfər ölü, 1400 nəfər yaralı və 500 nəfərin əsir düşməsi ilə nəticələndi (demək olar ki, həmin gün döyüşlərdə iştirak edən əsgər sayının üçdə biri). Onların ümumi itkiləri 2600 nəfər təşkil etdi. Amerikalılar tərəfindən isə cəmisi yeddi nəfər öldürülmüş, altı nəfər isə yaralanmışdı. Döyüş başa çatdıqdan sonra özünü ölülüyə vuran 500-ə yaxın ingilis əsgəri amerikalılara təslim oldu. Bir ingilis şeypur çalan oğlan yaxınlıqda uçan mərmilərə baxmayaraq döyüş boyu vəzifələrini icra etməyə davam etmişdir. Bunun üçün o, amerikalıların döyüş xəttindən cəmisi 200 metr məsafədə olan bir ağaca dırmaşdı. Döyüşdən sonra o, əsir götürüldü və qaliblərin özləri tərəfindən qəhrəman elan edildi.
44-cü alayın polkovniki Mallins məğlubiyyətin əsas günahkarı hesab edildi. Çünki, o, xəndəklərin üzərinə qalxmaq üçün pilləkənlər və bataqlıqları keçmək üçün qamışdan düzəldilmiş bir-birinə bağlı xüsusi topalar gətirməli idi. Cəbhədə ehtiyac duyulduğu anda ön xətdən yarım mil məsafədə olduğuna görə o, etibarı itirilmiş sayıldı. Mallinsin davranışlarını öyrənən Pakenhem onu 44-cü alayın rəisi olaraq əvəz etdi, əsgərlərini qalalara basmaq üçün lazım olan mühasirə vasitələri ilə döyüş bölgəsinə gətirməyə çalışdı. O, ön xətdən 500 metr məsafədə olarkən qəlpə parçasından yaralandı, ata minəndən sonra artıq ölümcül yara aldı[27][31].
Nəticələri
Seynt Filip fortunun mühasirəsi
İngilislər Missisipi çayının yuxarı axarı boyunca yürüş etməyi planlaşdırdılar, amma Seynt Filip fortu onların yolunu bağlayırdı. Bu fort Yeni OrleanıMeksika körfəzindən mümkün olan dəniz hücumundan qoruyurdu. Yanvarın 9-da donanma Amerika istehkamlarına hücum etdi, lakin qarnizon və yerli əhalinin şəxsi gəmilərinin birgə səyləri ilə hücum dəf edildi. Qalanın bombalanması növbəti on gün ərzində davam etdi. Bombalamadan da bir nəticə çıxmayınca ingilis gəmiləri yanvarın 18-də geri döndülər.
Britaniyalıların geri çəkilməsi
Döyüşdən üç gün sonra general Con Lambertin keçirdiyi hərbi şurada Yeni Orleanın ələ keçirilməsi və Luizianadakı hərbi əməliyyatların davam etməsinin çox baha başa gəlməsi qərarına gəlindi. Baxmayaraq ki, o, şuradan əvvəl qərb sahilində düşmən artilleriya batareyasının ələ keçirilməsi xəbərini almışdı. Komanda heyəti geri çəkilmə planı ilə razılaşdı[27] və 19 yanvar tarixində ingilislər Villier plantasiyasındakı düşərgələrini tərk etdilər[32][33].
2015-ci il fevralın 4-də ingilis donanması bütün qoşunları ilə birlikdə AlabamadakıMobil körfəzinə doğru üzdü[2][34][35]. Fevralın 12-də ingilislər Mobil körfəzinin girişindəki Boyer fortunu ələ keçirdilər. Mobil körfəzinin özünün tutulması üçün hazırlıqlara başlandı, ancaq ertəsi gün ingilislər sülh barışığı barədə xəbəri aldılar. General Cekson Mobil körfəzində düşmənə hücum etməyi və ingilislərin istinad bazası olaraq istifadə etdiyi ispan Floridasında müharibəni davam etdirməyi planlaşdırdı. Parlament sülh müqaviləsini ratifikasiya etdi, ancaq ABŞ Konqresi və prezidentinin müqaviləni təsdiqi isə fevralın ortalarına qədər sürdü. Ancaq hərbi əməliyyatların dayandırılması qərara alındı və Boyer fortunu tərk ingilislər Vest-Hində getdilər[36].
Amerikadakı müharibənin davam etməsi ingilislər üçün bütün hallarda çətin idi, xüsusən də Napoleonun Elba adasından 1815-ci il fevralın 26-dakı qaçması ilə yüz günün başlaması vəziyyəti ağırlaşdırırdı[37].
Gent müqaviləsində Fransanınamerikalılarasatdığı ərazi əksini tapmamışdı, lakin hər iki tərəf hərbi əməliyyatlar zamanı ələ keçirilmiş mülkləri bir-birlərinə qaytarmağa söz verirdi[38].
Xatirə
Yeni Orlean döyüşünün 76-cı ildönümü şərəfinə 1891-ci il yanvarın 8-də Luiziana Tarixi Dərnəyi Xatirə Zalında Ceksonun şərəfinə guşə həsr etmişdi [43].
1907-ci ildə Şalmette bölgəsində döyüş meydanını qorumaq üçün federal hökumət Jan Lafitte Milli Parkı və Qoruğunun bir hissəsi olan Milli Tarixi Park təsis etmişdir.
1965-ci ildə döyüşün 150 illiyinə və sülh müqaviləsinin bağlanmasına həsr olunmuş beş sentlik marka buraxıldı.
200 illik yubiley 2015-ci ildə dəyəri göstərilməyən bir markanın buraxılması ilə qeyd olundu.
Ədəbiyyat
Arthur, Stanley Clisby (1915), The story of the Battle of New Orleans, New Orleans: Louisiana Historical Society, OCLC 493033588
Borneman, Walter H. (2004), 1812: The War that forged a nation, New York: HarperCollins, ISBN 0-06-053112-6
Brooks, Charles B. (1961), The Siege of New Orleans, Seattle: University of Washington Press, OCLC 425116
Brown, Wilburt S (1969), The Amphibious Campaign for West Florida and Louisiana, 1814–1815, Tuscaloosa: University of Alabama Press, ISBN 0-8173-5100-0
Chapman, Ron. The Battle of New Orleans: "But For A Piece Of Wood". — Xlibris, 2013. — ISBN 978-1-4836-9761-1.
Cooper, John Spencer (1996), Rough Notes of Seven Campaigns in Portugal, Spain, France and America During the Years 1809–1815, Staplehurst: Spellmount, ISBN 1-873376-65-0
Drez, Ronald J. (2014). The War of 1812, conflict and deception: the British attempt to seize New Orleans and nullify the Louisiana Purchase. Baton Rouge: Louisiana State University Press, 362 pages, ISBN 978-0-8071-5931-6.
Forrest, Charles Ramus (1961), The Battle of New Orleans: a British view; the journal of Major C. R. Forrest; Asst. QM General, 34th. Regiment of Foot, New Orleans: Hauser Press, OCLC 1253280
Fraser, Edward, & L. G. Carr-Laughton (1930). The Royal Marine Artillery 1804–1923, Volume 1 [1804–1859]. London: The Royal United Services Institution. OCLC 4986867
Gleig, George Robert (1827), The Campaigns of the British Army at Washington and New Orleans, 1814–1815, London: J. Murray, ISBN 0-665-45385-X
Groom, Winston. Patriotic Fire: Andrew Jackson and Jean Laffite at the Battle of New Orleans. New York: Vintage Books, 2006. ISBN 1-4000-4436-7
Hickey, Donald R. Glorious Victory: Andrew Jackson and the Battle of New Orleans (Johns Hopkins University Press, 2015). xii, 154 pp.
James, William (1818), A full and correct account of the military occurrences of the late war between Great Britain and the United States of America; with an appendix, and plates. * * * Volume II, London: Printed for the author and distributed by Black et al., ISBN 0-665-35743-5, OCLC 2226903
Lambert, Andrew (2012), The Challenge: Britain Against America in the Naval War of 1812, London: Faber and Faber, ISBN 0-571-27319-X
Latour, Arsène Lacarrière (1999), Historical Memoir of the War in West Florida and Louisiana in 1814–15, with an Atlas, Gainesville: University Press of Florida, ISBN 0-8130-1675-4, OCLC 40119875
Maass, Alfred R (1994), "Brownsville's steamboat Enterprize and Pittsburgh's supply of general Jackson's army", Pittsburgh History Т. 77: 22–29, ISSN 1069–4706
Caffrey, Kate (1977), The Twilight's Last Gleaming, New York: Stein and Day, ISBN 0-8128-1920-9
Owsley, Frank (1981), Struggle for the Gulf borderlands: the Creek War and the battle of New Orleans 1812–1815, Tuscaloosa: University of Alabama Press, ISBN 0-8173-1062-2
Patterson, Benton Rains (2008), The Generals, Andrew Jackson, Sir Edward Pakenham, and the road to New Orleans, New York: New York University Press, ISBN 0-8147-6717-6
Pickles, Tim (1993), New Orleans 1815, vol. 28, Osprey Campaign Series, Osprey Publishing, ISBN 1-84176-150-8, OCLC 52914335.
Porter, Maj Gen Whitworth. History of the Corps of Royal Engineers Vol I. — Chatham : The Institution of Royal Engineers, 1889.
Quimby, Robert S. (1997), The U. S. Army in the War of 1812: an operational and command study, East Lansing: Michigan State University Press, ISBN 0-87013-441-8
Reilly, Robin (1974), The British at the gates – the New Orleans campaign in the War of 1812, New York: Putnam, OCLC 839952
Remini, Robert V. (1977), Andrew Jackson and the course of American empire, 1767–1821, New York: Harper & Row, ISBN 0-06-013574-3
Remini, Robert V. (1999), The Battle of New Orleans, New York: Penguin Putnam, Inc., ISBN 0-670-88551-7
Rowland, Eron (1971), Andrew Jackson's Campaign against the British, or, the Mississippi Territory in the War of 1812, concerning the Military Operations of the Americans, Creek Indians, British, and Spanish, 1813–1815, Freeport, NY: Books for Libraries Press, ISBN 0-8369-5637-0
Smith, Gene A. (2004), A British eyewitness at the Battle of New Orleans, the memoir of Royal Navy admiral Robert Aitchison, 1808–1827, New Orleans: The Historic New Orleans Collection, ISBN 0-917860-50-0
Smith, Sir Harry "Various Anecdotes and Events of my Life — The Autobiography of Lt. Gen. Sir Harry Smith, covering the period 1787 to 1860" First published in 2 volumes, edited by G. C. Moore, London (1901)
Smith, Zachary F. (1904), The battle of New Orleans, Louisville, Kentucky: John P. Morton & Co.
Stanley, George F. G. (1983), The War of 1812 – Land Operations, MacMillan & National Museum of Canada
Surtees, W. (1996), Twenty-Five Years in the Rifle Brigade (Reprint ed.), London: Greenhill Books, ISBN 1-85367-230-0
Ward, John William (1962), Andrew Jackson: Symbol for an Age, New York: Oxford University Press
↑ 12Smith, Zachary F., pp.1-2. Smith described in detail the British expedition as "a fleet of sixty great ships", "Nearly one half of these vessels were formidable warships, the best of the English navy," that had transported "not fewer than eighteen thousand men [including 14,450 soldiers and sailors], veterans in the service of their country in the lines of their respective callings, to complete the equipment of this powerful armada.".
↑Stoltz, Joseph F. III. The Gulf Theater, 1813-1815(PDF). The U.S. Army Campaigns of the War of 1812. Washington, D.C.: United States Army Center of Military History. 2014. 30–40. CMH Pub 74–7. 2021-12-03 tarixində arxivləşdirilib(PDF). İstifadə tarixi: 2020-01-16.
↑Remini, Robert V. (1977), Andrew Jackson and the course of American empire, 1767–1821. pp. 259–263.
↑Remini, Robert V. (1999), The Battle of New Orleans. p. 74.
↑Hinds' Dragoons became the 155th Infantry Regiment of the Mississippi Army National Guard, one of only 19 Army National Guard units with campaign credit for the War of 1812.
↑К британским регулярным войскам относились 4-й, 7-й, 21-й, 43-й, 44-й, 85-й, 93-й (Хайлендский) полки, 500 человек "полу-батальона" 95-го Стрелкового, 14-й полк лёгких драгун, а также 1-й и 5-й вест-индские полки из уроженцев Британская Вест-Индия|Британской Вест-Индии. Также присутствовали представители индейского племени Хитчити, возглавляемые Киначе.
↑ 123456kitab3 |başlıq=History of the Corps of Royal Engineers Vol I |il=1889 |nəşriyyat=The Institution of Royal Engineers |yer=Chatham |ref=Porter |dil=en |müəllif=Porter, Maj Gen Whitworth
↑Smith, Zachary. The Battle of New Orleans including the Previous Engagements between the Americans and the British, the Indians and the Spanish which led to the Final Conflict on the 8th of January, 1815 (19). Louisville KY: Filson Club Publications. 1904. səh. 105.