Onların başları qısa, simmetrik və sinəyə bitişik formadadır. Oların dişilərinin 4 cüt aşağı ətrafları kürü yetişdirməyə xidmət edir. Onlar əsasən dənizlərdə, çaylarda və quruda yaşayır. Müxtəlif ölçülərə malik olurlar. Nəhəng yengəc Yaponiya ərazisində ovlanmışdır. Onun qutaracaqları arasında məsafə 3,69 m təşkil edirdi.
Klassifikasiya
Dünyada yengəclərin 24 Ali fəsilə, 93 fəsilə 6780 növ[2] vardır.
Sinonimləri
ArchaeobrachyuraGuinot, 1977
BrachyuraLatreille, 1802
BrachyrhynchaBorradaile, 1907
CancrideaLatreille, 1803
DromiaceaDe Haan, 1833
OxyrhynchaLatreille, 1803
OxystomataH. Milne Edwards, 1834
Kamçatka yengəci (Paralithodes camchaticus) əsl yenəc hesab edilmir.
İnsanlar tərəfindən istifadəsi
Dünyada insanlar tərəfindən yeyilən, yetişdirilən və ovlanılan dəniz xərçəngkimilərinin 20%-i yengəclərin payına düşür. İl ərzində 1,5 milyon ton yengəc istehlak olunur. Onların çoxu əllə və ya xüsusi yengəc tələləri ilə həyata keçirilir.