Ketrin Svinford (ing. Katherine Swynford) (d. 25 noyabr 1350 – ö. 10 may 1403) — İngiltərə kralı III Eduardın oğlu Lankaster hersoqu Gentli Conun üçüncü xanımı. O, nigahdan öncə hersoqla uzun illər məşuq həyatı yaşayıb. Cütlüyün rəsmi nigahdan sonra doğulan övladları hersoqun qardaşı oğlu II Riçardın səltənətində qanuni övlad statusu aldılar. Buna baxmayaraq hersoqun ilk evliliyindən doğulan oğlu Bolinbruklu Henrinin İngiltərə kralı olmasının ardından, Ketrin Svinfordun övladları və onların şəcərəsindən gələnlərin taxt hüququnun olmadığını elan etdi. Ancaq bu şəxslərin İngiltərə krallığı üzərindəki taxt hüququ IV Henrinin belə dəyişdirə bilməyəcəyi parlament qərarı ilə təsdiq edilmişdi.
Ketrin Svinfordun övladları və onlardan törəyənlər Gül müharibəsi illərində mühüm rol oynayan Byufort ailəsinin əsasını qoydular. Belə ki, müharibənin sonunda 1485-ci ildə İngiltərə krallığını ələ keçirən VII Henri məhz Marqarita Byufortun oğlu idi. Marqarita Byufort isə Gentli Con və Ketrin Svinfordun nəticəsi idi.
Həyatı
Mənbə
- Armitage-Smith, Sydney (1905). John of Gaunt: King of Castile and Leon, Duke of Aquitaine and Lancaster, Earl of Derby, Lincoln, and Leicester, Seneschal of England. Charles Scribner's Sons
- Sargeant, Carol (2009). Love, Honour and Royal Blood Book One: Katharine Swynford. Dog Ear Publishing. ISBN 978-1-60844-162-4
- Weir, Alison, Mistress of the Monarchy: The Life of Katherine Swynford, Duchess of Lancaster
İstinadlar