Ketrin Parr (İngiliscə: Catherine Parr; 1512[1] və ya avqust 1512[2][3] – 5 sentyabr 1548[2] və ya 5 sentyabr 1548[4][5][…]) — İngiltərə kralı VIII Henrinin son qadını. Sir Thomas Parr və Maud Green`in qızıdır.
Gənclik illəri
Ketrin Parr 12 iyul 1543-cü il tarixində VIII Henri ilə Hampton Sarayında evləndi. Kralın anasız qalan 3 övladına — Mariya, Elizabet və Eduarda analıq etmişdir. Gələcəyin kralını əsl protestant kimi böyütmüşdür. Bu səbəbdən saray daxilindəki katoliklər tərəfindən çox sevilmirdi. Hətta edamı haqqında fərman verilsə də, kral tərəfindən bu qərar təsdiqlənməmişdir. Kral VIII Henrinin vəfatından sonra Ketrin Parr`ın da dəstəyilə VI Eduard taxta çıxdı.
Kralın vəfatından sonra VI Eduardın dayısı Tomas Seymurla evləndi. Bu evlilikdən bir qızı dünyaya gəlsə də, övladını 2 yaşında itirmişdir. Keçmiş ərinin qızı olan Elizabeti bir müddət övladlığa götürsə də, daha sonra əriylə olan münasibətini öyrəndi və saraydan uzaqlaşdırdı. Ölümündən bir müddət əvvəl ağır xəstələndi və yatağa düşdü. Vəfatından bir il sonra əri Thomas Seymour edam edildi.
Mənbə
İstinadlar
| |
---|
Lüğətlər və ensiklopediyalar | |
---|
Şəcərə və nekropolistika | |
---|
|