Yaşıl yarpaq, qızılgül — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
Ümumi məlumat
Qədimlərdə əkin başlananda, torpağa xış-kotan ağzı dəyəndə əsil bayram olduğu kimi əkin qurtaranda da müxtəlif mərasim və şənliklər keçirilərdi. Şum qurtarandan sonra qız-gəlinlər tellərinin uclarını gül-çiçəklə bəzəyər, çəmənlikdə "Yaşıl yarpaq, qızılgül" oyunu oynayardılar.
Oyunun qaydaları
Bir neçə uşaq cəm olub sanama yolu ilə usta(başçı, ya molla) seçirlər.
Oyun iştirakçıları dairə vurub bir-birinin əlindən tuturlar. Sonra usta(başçı, ya molla) bir bənd mahnı oxuyar, qalanları isə əl çala-çala "yaşıl yarpaq, qızılgül" deyərlər. Daha sonra isə ustanın(başçının, ya mollanın) göstərişi ilə oyun iştirakçılarının hərəsi bir bənd mahnı oxuyar, qalanları isə əl çala-çala "yaşıl yarpaq, qızılgül" deyərlər.
Oymaqdan, ay oymaqdan,
Öldüm xına qoymaqdan.
Barmaqlarım yanıbdı
Çubuğa od qoymaqdan.
Hamı:
Köynəyi yaşıl oğlan,
Gəl gey, yaraşır, oğlan.
Anam sənə qız verməz
Gəl məni qaçır, oğlan.
Hamı:
Oyun beləcə davam edir. Mahnı oxumağa söz tapa bilməyən oyunçu oyundan çıxarılır. Sona qalan oyunçu qalib sayılır.
Mənbə
Xarici keçidlər
|
---|
Döyüş oyunları | | |
---|
Strategiya oyunları | |
---|
Novruz oyunları | |
---|
Atüstü oyunlar | |
---|
Tamaşa oyunları | |
---|
Uşaq oyunları | |
---|