Yaşar Universiteti (türk. Yaşar Üniversitesi) — Türkiyənin İzmir şəhərində yerləşən universitet. Universitetdə dərslər türk və ingilis dillərində keçirilir. Yaşar Universiteti Türkiyədə İngilis Dili Proqramı Akkreditasiya Komissiyası tərəfindən akkreditə olunmuş ilk universitetdir.[3]
1999-cu ildə Səlcuk Yaşar İdman və Təhsil Vəqfi[4] İzmir şəhərində müasir bir universitet olaraq Yaşar Universitetini qurmaq qərarına gəldi. Türkiyə Böyük Millət Məclisi universitetin yaradılması haqqında qanunu 29 mart 2001-ci ildə təsdiqlədi. 2002-ci ildə universitetin Alsancak korpusunda təhsilə başlanıldı.
Akademik strukturu
Yaşar Universiteti 25 fərqli akademik proqramı olan 7 bakalavr fakültəsinə bölünür.
Fakültələri
Elm və Ədəbiyyat Fakültəsi
İngilis dili və ədəbiyyatı
Riyaziyyat
Statistika
Psixologiya
Tərcümə
Memarlıq fakültəsi
Memarlıq
Daxili memarlıq
Ətraf Mühitin dizaynı
Mühəndislik fakültəsi
Kompüter mühəndisliyi
Elektrik və Elektronika mühəndisliyi
Enerji Sistemləri mühəndisliyi
Sənaye mühəndisliyi
Proqram mühəndisliyi
Kommunikasiyalar fakültəsi
İctimaiyyətlə Əlaqələr və Reklam
Radio, Kino və Televiziya
Vizual kommunikasiya dizaynı
İqtisadiyyat və İnzibati Elmlər fakültəsi
Bütün şöbələr üçün tədris dili ingilis dilindədir.[5]
Biznesin idarə edilməsi
İqtisadiyyat
Beynəlxalq Logistika İdarəetməsi
Beynəlxalq Ticarət və Maliyyə
Səyahətlərin İdarə edilməsi və Turizm rəhbərliyi
Beynəlxalq əlaqələr
İncəsənət və Dizayn fakültəsi
Kino dizaynı
Qrafik dizayn
Sənaye dizaynı
Musiqi
Hüquq fakültəsi
Hüquq üzrə LLB (Onlayn dərslər)
Xarici dillər fakültəsi
Yaşar Universitetinin Xarici Dillər fakültəsi ingilis dilini bilməyən tələbələr üçün ingilis dilində hazırlıq kursu təklif edir. Xarici Dillər Məktəbində tədris olunan digər dillərə rus, ispan, italyan, alman, yapon, fransız və portuqal dilləri daxildir.[6]
Magistratura
Magistratura proqramı iki magistratura məktəbindən ibarətdir:
Sosial Elmləri Ali məktəbi
Təbiət və Tətbiqi Elmlər Ali məktəbi
İnstitutları
Lisansüstü təhsil İnstitutu
Kollecləri
Kolleclərində (Lisansüstü məktəblər) 22 müxtəlif magistratura və PhD proqramı və
Yaşar Universitetinin Elektron Məlumat və Sənədləşmə Mərkəzi Universitetin milli və beynəlxalq səviyyədə təhsil və tədqiqat missiyasına əlavələr edir. Tələbələr və müəllimlər audio-vizual materiallar, jurnallar və qəzetlər də daxil olmaqla müxtəlif mənbələrdən istifadə edə bilirlər. Elektron Məlumat və Sənədlər mərkəzi Konqres Kitabxanasının təsnifat sisteminə uyğun olaraq təsnif edilir. Elektron resurslara daxildir: 50.000-dən çox elektron kitab və 19.000 elektron jurnalı əhatə edən 25 baza.[8]
Səlcuq Yaşar Kampusu
İzmirin Bornova rayonunda yerləşən Səlçuk Yaşar kampusu Yaşar Universitetinin əsas kampusu kimi xidmət edir.
İdman mərkəzi
Universitetin İdman mərkəzində tələbələrin sağlam qalması üçün müxtəlif növ fiziki fəaliyyətlər həyata keçirilir. İdman mərkəzinə daxildir: idman zalı, tennis kortu, rəqs studiyası, voleybol və basketbol meydançaları.[8]
Media mərkəzi
Universitetdə yüksək texnologiyalı media mərkəzi fəaliyyət göstərir. Televiziya və radio studiyalarının yüksək dəqiqliklə yayımladığı ilk türk universitetidir. Media Mərkəzi müxtəlif dillərdə müntəzəm televiziya və radio proqramları hazırlayır və Yaşar Universitetinin tələbələrinə yüksək keyfiyyətli avadanlıqla praktiki təcrübə imkanı verir.[8]
Alsancak kampusu
Kampus universitetin Alsancak şəhərciyində 2014-cü ilə qədər Xarici Dillər Məktəbi kimi fəaliyyət göstərirdi. 2014-cü ildə bütün bölmələr Səlcuq Yaşar Kampusuna birləşdirildi.
Araşdırma mərkəzləri
Açıq və Distant Tədris Tətbiqi və Araşdırma Mərkəzi