Arşak Yaşar Qurd (erm. Արշակ Յաշար Կուրթ, türk. Arşak Yaşar Kurt; 16 avqust 1968, İstanbul) — erməni əsilli Türkiyə rok musiqiçisi. Kriptoermənilərin nümayəndəsi olan Qurd əsl mənşəyini yalnız qırx yaşında bilmişdir.
Həyatı
Yaşar Qurt 1968-ci ildə İstanbulda anadan olmuşdur. 1974–1989-cu illərdə İstanbulda orta məktəblərin birində təhsil almışdır. 1990-cı ildə Əskişəhər Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş, oranı bitirmədən musiqi təhsili almağa başlamışdır. Yaşar Qurt universiteti tərk etdikdən sonra "Beyaz Yunus" adlı qrup yaratmışdır. 1994-cü ildə Kölndə "Sokak Şarkıları" albomunu çıxardıqdan sonra qrup Türkiyədə populyarlıq qazanmışdır..
2007-ci ildə qırx yaşında olan Yaşar Qurd atasından əslində milliyyətcə türk deyil, erməni olduğunu öyrənmişdir. Atasının dediklərindən sonra o, erməni dilini öyrənməyə başlamışdır.[1][2] Əskişəhər Bundan sonra özü də erməni apostol xristianı kimi vəftiz olunmuş və özünə yeni Arşak adını qoymuşdur.[3][4]
2007-ci ilin mayında Arto Tuncboyacıyanla birlikdə erməni əsilli jurnalist Hrant Dinkin xatirəsinə həsr olunmuş layihə təşkil etmişdir. Musiqiçilər Yaşar KurQ və Arto Tuncboyacıyanın qısaldılmış adları ilə adlandırılan "YaşAr" qrupunu yaratmışdılar.[5]
İstinadlar