Yarıda qalmış həyat (ing. Girl, Interrupted) — rejissor Ceyms Menqoldun 1999-cu ildə çəkilmiş filmi. Film Süzanna Keysin eyniadlı romanın motivləri əsasında ekranizasiya olunmuşdu.
Məzmun
Süzanna Keysen 18 yaşlı qız, uğursuz intihar cəhdindən sonra psixiatrik klinikaya düşür. Orada o digər pasientlərlə tanış olur, o cümlədən Lisa adlı aqressiv-sosiopat qız ilə. Lisa bir neçə dəfə qaçış düzənləmişdi və sonuncu qaçışda onu tuturlar və klinikaya geri qaytarırlar. Özünün keçmiş rəfiqəsinin otağında o Süzannanı görür və rəfiqəsi özünü intihar etdiyini öyrənir. Bir neçə vaxtdan sonra Lisa Süzanna ilə dostlaşır. O Süzannada özünün keçmiş rəfiqəsini görür, onun ölümündə günahkar olduğunu düşünür və buna görə də Süzanna ilə birgə klinikadan qaçır. Onlar yaxınlarda xəstəxanadan yazılan Deyzinin evində gizlənirlər. Lisa Deyziyə deyir ki, onun klinikadan çıxarılmasının əsas səbəbi — onun sağalmaz xəstəliyidir. O hətta Deyzini atası ilə insestdə günahlandırır. Səhəri Deyzi özünü intihar edir. Lisa onun pullarını götürərək Süzannaya özü ilə birgə qaçmağı təklif edir. Süzanna təklifi rədd edir və təcili yardımı çağırır. Süzannanı Deyzinin atası gözü yaşlı şəkildə klinikaya geri qaytarır.
Bundan sonra Süzanna öz problemləri haqqda həkimlərə danışır və şəxsi gündəlik əldə edir. Bir neçə aydan sonra Lisanı xəstəxanaya qaytarırlar. Süzannanın tezliklə xəstəxanadan çıxacağını öyrənən Lisa onun gündəliyini oğurlayır və digər pasientlərlə birgə onu oxumağa başlayır. Süzanna səsləri eşidir və Lisanın yanına düşür. Əsəbləşən Süzanna Lisaya onun öləcəyi təqdirdə heç kimin dilxor olmayacağını — çünki onun artıq öldüyünü deyir. Süzannanın sözləri Lisanı şoka salır və o nerv pozğunluğu keçirir.
Klinikadan çıxmaqdan öncə Süzanna Lisanın yanına gəlir və o hələ ölmədiyini ona deyir…
Mükafatlar
Rollarda
Soundtrek
Yarıda qalmış həyat |
---|
Albomun üz qabığı |
Yayımlanma tarixi |
9 may 2007 |
Janr |
film musiqisi |
Müddət |
34:22 |
Prodüser |
Maykl Danna |
İcmallar
|
Tənqidçilərin qiyməti
|
Mənbə
|
Reytinq
|
- The Doors ifasında "Roadhouse Blues"
- Merrilee Rush ifasında "Angel of the Morning"
- Petula Klark ifasında "Downtown"
- Skiter Devis ifasında "The End of the World"
- Aretha Franklin ifasında "Night Time Is the Right Time"
- Jefferson Airplane ifasında "Comin' Back to Me"
- Them ifasında "It's All Over Now Baby Blue"
- The Chambers Brothers ifasında "Time Has Come Today'"
- The Band ifasında "The Weight"
- The Mamas & the Papas ifasında "Got a Feeling"
- Wilco ifasında "How to Fight Loneliness"
- Simon & Garfunkel ifasında "Bookends Theme"
İstinadlar
Xarici keçidlər