Yaroslav Seyfert

Yaroslav Seyfert
çex. Jaroslav Seifert
Doğum tarixi 23 sentyabr 1901(1901-09-23)[1][2][…]
Vəfat tarixi 10 yanvar 1986(1986-01-10)[1][2][…] (84 yaşında)
Vəfat yeri
Fəaliyyəti tərcüməçi, şair, jurnalist, esseist, yazıçı, publisist, redaktor
Janr lirika
Üzvlüyü
  • Bavariya İncəsənət Akademiyası[d]
Mükafatları Tomaş Qarriq Masarik ordeninin Böyük xaçı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaroslav Seyfert[5] (çex. Jaroslav Seifert tlf.; 23 sentyabr 1901[1][2][…]10 yanvar 1986[1][2][…], Praqa[3][4][…]) — çex yazıçı və jurnalist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1984).

Həyatı

Yaroslav Seyfert ədəbiyyat sahəsində ilk Nobel laureatı ətrafında qızğın mübahisələrin getdiyi 1901-ci ilin payızında, o zaman Avstriya-Macarıstan imperiyasının tərkibinə daxil olan Praqada, fabrik fəhləsi ailəsində doğulmuşdu. Atası sonradan kiçik dükan işlətməyə başlamışdı. Oğlu isə Praqanın müxtəlif səmtlərində yaşayan müştərilərə mal aparırdı. Bu ona mühüm mədəniyyət, memarlıq və musiqi mərkəzlərindən olan Praqanı az qala küçə-küçə, ev-ev tanımağa imkan vermişdi. Sonralar Praqa şeirlərinin əsas obrazlarından birinə çevrilmişdi.

Gələcək şair hətta gimnaziyanı da başa vurmamışdı. Lakin bu intellektual imkanların məhdudluğu ilə bağlı deyildi. Əksinə, Yaroslav ədəbiyyatı, musiqini və xarici dilləri səylə öyrənirdi. Nəticədə 20 yaşında artıq bir neçə dövrü nəşrin redaktoru, rus və fransız poeziyasının çex dilinə tərcüməçisi və mətbuata yol tapmağı bacaran müəllif kimi tanınırdı. Çexiya müstəqillik qazanandan sonra o, Kommunist partiyasına üzv olmuş və "Rude pravo" qəzetində işləməyə başlamışdı.

1920-ci ildə Seyfert avanqard istiqamətli "Doqquzlar qrupu" adlı ədəbi dərnək təşkil etmişdi. Dərnək üzvləri fransız şairi Giyom Apollinerin və dadaistlərin ədəbi təliminin təsiri altında idilər. Assosiativ təfəkkür və sürrealist obrazlar, sintaksis və bədii məntiqlə bağlı "poetizmlər" Seyfertin "Şəhər göz yaşlarında" (1921), "Məhəbbətin özü" (1923), "Bal ayı" (1925), "Bülbül pis oxuyur" (1926) kimi ilk kitablarında toplanan şeirlərin əksəriyyəti üçün səciyyəvi idi.

Seyfertin Praqada 1938-ci ildən ömrünün sonuna qədər yaşadığı ev

Kommunist çex şairinin Stalin tipli liderlərə bağlılığı çox çəkməmişdi. O, 1929-cu ildə yeni senzura siyasətinə etiraz olaraq kommunist nəşrlərdə fəaliyyətini dayandırmışdı. Sosial-demokrat istiqamətli qəzet və jurnallara üz tutan Seyfert bir il sonra özü "Yeni səhnə" adlı teatr jurnalı təsis etmişdi.

Çexiyanın ilk demokrat prezidenti T.Masarikin hakimiyyətdə olduğu illər (1920-1937) ölkədə sağlam mənəvi mühit yaranmış, sərbəst özünüifadə və söz azadlığı üçün imkan açılmışdı. Təbii ki, bu, digər həmkarları kimi Seyfertin yaradıcılığına da təsirsiz ötüşməmişdi.

Çexiyanın faşist işğalına məruz qaldığı illərdə çap etdirdiyi "Ağ paltarda" (1940), "Daş körpü" (1944) kimi kitablarda şair Hitler nasizmini açıq ittiham edən əsərlər yazmaqdan çəkinərək daha çox məhəbbət və gözəllik mövzularına, habelə çex tarixinin ayrı-ayrı qəhrəmanlıq səhifələrinə toxunurdu.

Neytral mövzular Çexoslovakiyanın SSRİ-nin təsir zonasına düşdüyü illərdə də Seyfertin yaradıcılığında əsas yer tutmuşdu. Şair daha çox vətənin gözəlliklərini və çex mədəniyyətinin zənginliyini tərənnüm etməklə tənqidçilərdən birinin dəqiq yazdığı kimi, "yeni mifologiya" yaratmağa çalışır və çex vətənpərvərlərini bu zəmində birləşdirmək arzusu ilə yaşayırdı. Çexoslovakiya yazıçılarının 1956-cı ildə keçirilən qurultayında Seyfert sənət adamlarının fikirlərinə görə təqib olunmasına qarşı çıxmış, "Yazıçı susursa, deməli yalan danışır" — deyə həmkarlarını söz azadlığı uğrunda mübarizəyə səsləmişdi. Lakin Şərqi Avropa, xüsusən də çex ziyalılarının əldə etdikləri nisbi azadlıqlar "Praqa baharı"nın xəzana çevrilməsi ilə başa çatdı. 1969-cu ildə Yaroslav Seyfert Çexoslovakiya Yazıçılar İttifaqının sədri seçilsə də, senzura məhdudiyyətlərinin aradan qaldırılmadığına görə bir il sonra bu vəzifədən istefa verdi. Dərhal onun yaradıcılığı ilə bağlı qadağalar başlandı, əsərləri kitab mağazalarının rəflərindən yox oldu. Şair özü isə yenidən siyasi proseslərlə yaradıcılığı arasında məsafə saxlamağa başladı.

Ayrı-ayrı əsərlərinin ingilis dilinə tərcüməsi 60-cı illərin sonunda Avropanın Seyfert poeziyası ilə yaxından tanış olmasına imkan yaratdı. Londonda çıxan "Zəng səsi" (1967), "Vəbaya abidə" (1967), "Pikadilli çətiri" (1979) kitabları Seyfertin Nobel mükafatına gedən yolunu asanlaşdırdı. 1977-ci ildə yenidən siyasi səhnəyə qayıtması, "77-ci il Xartiyası"nı imzalayaraq söz və insan azadlığı uğrunda totalitar rejimə qarşı mübarizəyə qoşulması da burada az rol oynamadı.

1984-cü ildə Yaroslav Seyfert "bədii təravəti, hisslərinin dərinliyi və zəngin təxəyyülü ilə seçilən, insan ruhunun müstəqilliyi və çoxcəhətliliyindən xəbər verən poeziyasına görə" Nobel alan ilk çex şairi oldu. Xəstəliyinə görə Stokholma gedə bilmədiyindən mükafat qızı Yana Seyfertovaya təqdim olunmuşdu. Yeri gəlmişkən, bohema həyatı keçirən bir sıra Nobel laureatlarından fərqli olaraq, Seyfert nümunəvi ailə başçısı olmuşdu. O, 1928-ci ildə evləndiyi xanımı Mariya ilə həyatının sonuna qədər — təxminən 60 il birgə mütəvazi ömür yaşamışdı.

Sosialist Çexoslovakiyasında rəsmi dairələr Seyfertin böyük ədəbi uğuru üzərindən sükutla keçməyə çalışsalar da, onun İsveç Akademiyasına təqdim etdiyi Nobel mühazirəsinin mətninin qarşısını ala bilməmişdilər. Həmin mühazirədə yeni laureat bütün təzyiqlərə baxmayaraq, çex xalqının milli xüsusiyyətlərini, milli mənəviyyat və mentalitetini qoruya bilməsində çex dilinin rolunu yüksək qiymətləndirir, onu xalqın "sonuncu sığınacaq yeri" adlandırırdı.

Çexiyanın yenidən müstəqilliyə qovuşmasından üç il əvvəl vəfat edən Seyfertin dəfninin rejim əleyhinə etiraz aksiyasına çevrilməməsi üçün bütün polis qüvvələri ayağa qaldırılmışdı. Müasir Amerika slavisti Uilyam Xarkinsin fikrincə, Seyfert "artıq çoxdan ən nüfuzlu çex şairi" sayılır, hətta ola bilsin ki, o, ""böyük çex şairi" adlanmağa da layiqdir".

İstinadlar

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Jaroslav Seifert // Encyclopædia Britannica (ing.).
  3. 1 2 The Fine Art Archive. 2003.
  4. 1 2 Regional Database of the Central Bohemian Research Library in Kladno.
  5. bəzən alman dilinə uyğun şəkildə Zayfert kimi də tələffüz olunur

Mənbə

  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər

Həmçinin bax

Read other articles:

The victory monument on the square in the evening. Victory Square (Belarusian: Плошча Перамогі) is a square in Vitebsk, Belarus. It is currently the largest square in Belarus.[1][2] It is situated on the bank of the Dvina River. During all the major public holidays (ex: Victory Day[3] and Independence Day), parades and performances take place on the square. In the winter, the main Christmas tree in the country is located on the square.[4] History ...

 

الإستيعاب في الأساس هي فكرة لسياسة الاستعمار الفرنسية شاعت في القرنين التاسع عشر والعشرين. بخلاف سياسة الاستعمار البريطانية، فالسياسة الفرنسية آنذاك كانت تروج لرعاياها في البلاد التي استعمرتها أن تَعلُم وإدراك اللغة والثقافة الفرنسيتين سيسمح لهم بأن يصبحوا فرنسيين في مر

 

Organization founded to promote and encourage marksmanship training throughout Canada Not to be confused with National Firearms Association. Dominion of Canada Rifle AssociationDominion of Canada Rifle Association LogoFormationApril 1, 1868TypeShooting organizationHeadquartersOttawa, OntarioOfficial language EnglishAffiliationsInternational Confederation of Fullbore Rifle Associations (ICFRA)Websitewww.dcra.ca The Dominion of Canada Rifle Association (DCRA; French: Association de Tir Dominion...

Ini adalah nama Korea; marganya adalah Kwon. Kwon Hyuk-sooLahir6 Mei 1986 (umur 37)Korea SelatanPekerjaanAktor Nama KoreaHangul권혁수 Alih AksaraGwon Hyeok-suMcCune–ReischauerKwŏn Hyŏk-su Kwon Hyuk-soo (lahir 6 Mei 1986) adalah aktor asal Korea Selatan. Ia berperan dalam serial televisi seperti Lucky Romance (2016). Ia dikenal sebagai pembawa acara dari acara televisi Saturday Night Live Korea.[1] Referensi ^ Kwon, Bo-ra (14 June 2016). ['남사친' 인터뷰②] ...

 

Roman Catholic priest in Tamil Nadu, India His ExcellencyAntonysamy SavarimuthuBishop of PalayamkottaiBishop AntonysamyChurchLatin RiteArchdioceseMaduraiDiocesePalayamkottaiAppointed20 November 2019PredecessorJude Gerald PaulrajOrdersOrdination26 April 1987Consecration15 December 2019by Antony PappusamyPersonal detailsBorn (1960-12-08) 8 December 1960 (age 62)Tamil Nadu, IndiaNationalityIndianOccupationBishopAlma materInstitut Catholique de Paris Antonysamy Savarimuthu is a Bishop o...

 

Федеральная служба налоговой полиции Российской ФедерацииФСНП России Страна  Россия Создана 18 марта 1992 года Распущена (преобразована) 30 июня 2003 года Юрисдикция Президент Российской Федерации Штаб-квартира Москва, Россия Средняя численность до 56 000 сотрудников Пре...

Basic Black 2 Names Other names Diazine Black; Sumiacryl Black G; Janus Black Identifiers CAS Number 4443-99-6 3D model (JSmol) Interactive image ChemSpider 8067147 ECHA InfoCard 100.118.286 PubChem CID 9891477 UNII 7ACC9DVV5M Y CompTox Dashboard (EPA) DTXSID60432444 InChI InChI=1S/C28H25N5O.ClH/c1-3-32(4-2)23-13-17-26-28(19-23)33(22-8-6-5-7-9-22)27-18-21(12-16-25(27)29-26)31-30-20-10-14-24(34)15-11-20;/h5-19H,3-4H2,1-2H3;1HKey: VJDDAARZIFHSQY-UHFFFAOYSA-NInChI=1/C28H25N5O.ClH/c1-3-...

 

A chain of convenience stores operating in the United Kingdom LondisLogo used since 2009A Londis store in Bulwark, ChepstowTypePrivateIndustryRetailFounded1959Area servedUnited KingdomProductsGroceriesParentTesco[1] (via Booker Group[2])Websitewww.londis.co.uk Londis is a symbol group in the United Kingdom with over 2,000 stores nationwide. Tesco owns the brand, following its 2018 purchase of Booker Group.[3][2][1] Although it was formerly a subsidiary,...

 

Intervensi Belanda di Bali (1846)Perang Bali IBatalyon VII maju dalam serangan ke BaliTanggal7 Mei 1848-1850LokasiBali, IndonesiaHasil Kemenangan Belanda yang menentukan. Belanda menguasai Bali Utara.Pihak terlibat Hindia Belanda Kerajaan Buleleng Kerajaan KarangasemTokoh dan pemimpin LaksDa.Engelbertus Batavus van den BoschKekuatan 23 kapal perang, 17 kapal, 1.280 serdadu, 115 senapan +10.000 prajurit lbsIntervensi Belanda di Bali Bali Utara (1846) Bali Utara (1848) Bali (1849) Bali (1858) L...

يفتقر محتوى هذه المقالة إلى الاستشهاد بمصادر. فضلاً، ساهم في تطوير هذه المقالة من خلال إضافة مصادر موثوق بها. أي معلومات غير موثقة يمكن التشكيك بها وإزالتها. (يونيو 2023) تفتقر سيرة هذه الشخصية الحيّة إلى الاستشهاد بمصدر موثوق به يمكن التحقق منه. فضلاً، ساهم في تطويرها من خلال...

 

Residential skyscraper in Manhattan, New York Downtown ClubThe eastern facade of the Downtown Club (left) and 21 West Street (right)General informationTypeResidentialArchitectural styleArt DecoLocation20 West Street, New York, NY 10004Coordinates40°42′22″N 74°00′56″W / 40.70618°N 74.01568°W / 40.70618; -74.01568Construction started1929Completed1930HeightRoof518 ft (158 m)Top floor515 ft (157 m)Technical detailsFloor count35 (+4 attic) ...

 

Pelabuhan TokyoTerminal penumpang HarumiLokasiNegaraJepangLokasiTokyoDetailPemilikTokyo Port AuthorityJenisAlami/BuatanLuas perairan5.292 ha (52,92 sq km)Luas lahan1.033 ha (10,33 sq km)Luas lahan6.325 ha (63,25 sq km)Tempat berlabuh205Jumlah pegawai30.000[1] (2007)Manajer UmumAntonio Del MeseStatistikKedatangan kapal31.653 kapal (2008)[2]Tonase kargo per tahun90.810.000 ton (2007)[2]Volume peti kemas per tahun3.696.000 TEU (2007)[3]Nilai kargo¥12.012,9 miliar...

Eksarkat Apostolik Katolik Armenia Amerika Latin dan Meksiko (América Latina e México) adalah sebuah yurisdiksi misionaris pra-keuskupan dari Gereja Katolik Armenia sui iuris (Ritus Armenia dalam bahasa Armenia) di wilayah Amerika Latin. Katedral Armenia Santo Gregorius sang Illuminator di São Paulo Wilayah gerejawi tersebut tunduk langsung kepada Roma (terutama Kongregasi Roma untuk Gereja-gereja Oriental), bukan bagian dari provinsi gerejawi manapun. Pranala luar http://www.catholic-hier...

 

2001 studio album by Smut PeddlersPorn AgainStudio album by Smut PeddlersReleasedFebruary 13, 2001 (2001-02-13)StudioThe Muthafuckin Spot On LexingtonGenreDirty rapLength52:18LabelRawkusProducerDJ Mighty MiThe High & Mighty chronology Home Field Advantage(1999) Porn Again(2001) Air Force 1(2002) Cage chronology Porn Again(2001) Movies for the Blind(2002) Singles from Porn Again One by One / The Hole RepertoireReleased: 1998 First Name SmutReleased: November 22, 1999...

 

First Ashok Chavan ministryMinistry of MaharashtraDate formed8 December 2008Date dissolved6 November 2009People and organisationsHead of stateGovernor S. C. JamirHead of governmentAshok ChavanNo. of ministers26Congress (7)NCP (16)Independents (3)Member partiesCongressNCPStatus in legislatureCoalition 155 / 288 (54%)Opposition partyBJPShiv SenaOpposition leader Legislative Assembly: Ramdas Kadam (Shiv Sena) Legislative Council: Pandurang Fundkar (BJP)HistoryElection(s)2009Legislature ter...

Former President and Chancellor of Austria You can help expand this article with text translated from the corresponding article in German. (August 2022) Click [show] for important translation instructions. Machine translation, like DeepL or Google Translate, is a useful starting point for translations, but translators must revise errors as necessary and confirm that the translation is accurate, rather than simply copy-pasting machine-translated text into the English Wikipedia. Do not tra...

 

A major type of greeting cards For other uses, see Christmas card (disambiguation). For similar custom in less religious countries, see New Year Card. Norwegian Christmas card A 19th-century American Christmas card A Christmas card is a greeting card sent as part of the traditional celebration of Christmas in order to convey between people a range of sentiments related to Christmastide and the holiday season. Christmas cards are usually exchanged during the weeks preceding Christmas Day by ma...

 

العلاقات السويدية النيوزيلندية السويد نيوزيلندا   السويد   نيوزيلندا تعديل مصدري - تعديل   العلاقات السويدية النيوزيلندية هي العلاقات الثنائية التي تجمع بين السويد ونيوزيلندا.[1][2][3][4][5] مقارنة بين البلدين هذه مقارنة عامة ومرجعية للدولتي...

Flash Gordon I think I have the film section organized in the way that you suggested. I hope that helps. IrishGuy 22:35, 6 May 2006 (UTC)[reply] Barnstar The Barnstar of High Culture For your hard work in improving the Tristan and Iseult articles, I award you this Barnstar of High Culture. Cúchullain t/c 05:45, 9 May 2006 (UTC)[reply] (Another) Barnstar I see Cuchullain has given you one already...but I hope you don't mind another one :). The Tireless Contributor Barnstar For your continuo...

 

Tim nasional kriket IndiaJulukanMen in Blue, Team India, The BluesAsosiasiBoard of Control for Cricket in IndiaPersonnelKaptenVirat KohliPelatihRavi ShastriSejarahStatus Test didapatkan1931International Cricket CouncilStatus ICCAnggota penuh (1926)ICC regionAsiaICC Rankings Current [3] Best-everTest 2 1 (1 April 1973)ODI 4 1 (1 Desember 1994)T20I 2 1[1][2](28 Maret 2014)TestsFirst Testv.  Inggris di Lord's, London; 25–28 Juni 1932Last Testv.  Inggris d...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!