Yaroslav Aleksander Kaçinski (pol.Jarosław Aleksander Kaczyński) — Polşanın keçmiş baş naziri, Hüquq və Ədalət Partiyasının lideri, 2010-cu ilin aprelində təyyarə qəzasında həlak olmuş dövlət başçısı Lex Kaçinskinin əkiz qardaşı
Yaroslav Kaçinski 1949-cu il iyunun 18-də Varşavada anadan olub. Sosialist Polşasında müxalif təşkilatların — 1970-ci illərdə "Fəhlələrin müdafiəsi komitəsi"nin, 1980-ci illərdə isə "Solidarnost"un üzvü kimi ictimai-siyasi fəaliyyət göstərib. Varşava Universitetinin hüquq fakültəsini bitirib. Hüquq doktorudur. 1991–1993, 1997–2001, 2001–2005-ci illərdə Polşa parlamentinin üzvü olub. 2006–2007-ci illərdə Polşa hökumətinə rəhbərlik edib.