Yaponiya kürdləri (yap. 在日クルド人 Zainichi Kurudo-jin; kürd. Kurdên Japonyayê) — Şərqi Asiyada yerləşən ada ölkəsi Yaponiyada məskunlaşmış kürd əsilli əhali. Yaponiyada 2 min nəfərə yaxın etnik kürd yaşayır. Kürdlərin ölkəyə Türkiyənin şərqi və İraqın şimalındakı şəhərlərdən gəldiyi məlumdur. İcmanın kompakt yaşadığı bölgələr paytaxt Tokiodan şimalda yerləşən Şarabi və Kavaquçi şəhərləridir. Şarabinin bəzən Şərəbistan formasında adlandırılması kürd icmasının adlı ilə bağlıdır.[1][2]
İstinadlar