Yaponiya Qılınc Muzeyi (刀剣博物館, Tōken Hakubutsukan?) – Yaponiyanın Tokio şəhərində yerləşən, Yaponiya qılınc sənətinə həsr olunmuş kiçik muzey. Muzey Yaponiya Qılınc Sənətlərinin Mühafizəsi Cəmiyyəti tərəfindən idarə olunur. Muzey 1978-2017-ci illərdə Tokionun Şibuya rayonunda yerləşsə də, 2018-ci ildə Sumida rayonundakı yeni binaya köçmüşdür.[2]
Muzeydə 150-dən çox əşya sərgilənir. Kolleksiyaya qılınclar (əsasən katana), tosoqular (qın), yoroylar (zireh), eləcə də, metalişləmə ilə bağlı sənədlər daxildir.[3]
Qalereya
-
Muzeyin girişi (köhnə bina)
-
Muzeyin giriş yeri (köhnə bina)
-
Muzeyin fasadı (köhnə bina)
-
Daxili.
İstinadlar
Xarici keçidlər