Yapon psevdasiyası

Yapon psevdasiyası
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Pseudosasa japonica Nakai

Təbii yayılması

Vətəni Asiyadır.Koreya və Yaponiyada təbii halda rast gəlinir.1983-cü ildə bütün Avropada becərilir.

Botaniki təsviri

Həmişəyaşıl, 2-5 m. hündürlükdədir.Gövdəsi ymru, düz durandır, tünd-yaşıl, açıq-qonur çıxıntılıdır.Qabığı göy rəngdədir və budanması monopodialdır, yerlə sürünür, az miqdarda zoğlar əməl gətirən. cavanlıqda yavaş böyüyən qamışdır.Bəzi zoğlar tamamilə məhv olduqda onların əvəzinə tez müddətdə digərləri çıxır.Yarpaqları çox iri, sıx yerləşən, lansetvari, uzunluğu 25 sm və eni 3 sm. tünd-yaşıl, bir az dərili, parlaq, budaqları və yarpaqları gövdənin uzunluğu boyunca yelpikşəkilli yerləşmişdir, şaquli, sıx kollu, dekorativ enli yarpaqlıdır.Çiçəkləməsi otkimilərin digər nümayəndələrində olduğu kimi çoxillik müddətdən sonra başlayır.Kökləri hamar (30-40 sm), sürünən. güclü və torpağa dərin gedən orta miqdarda köklər əmələ gətirir.

Ekologiyası

İşıqsevəndir, kölgəyə dözür, yarımkölgəyə üstünlük verir, quru şərq küləklərindən və qış günəşindən qorumaq lazımdır.Torpaq qidalı elementlərlə zəngin nəmişli olmalıdır.Soyuğa davamsızdır.

Azərbaycanda yayılması

Lənkəranda, Astarada, Zaqatalada, Balakəndə rütubətli mülayim zonalarda rast gəlinir.

İstifadəsi

Yamacların və dağ çaylarının sahillərini bərkitmək üçün istifadə edilə bilər.Mebel sənayesində müxtəlif əşyaların hazırlanmasında istifadə olunur.

Məlumat mənbəsi

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!