Yapon kinkanı |
---|
|
|
|
|
Yapon kinkanı (lat. Fortunella japonica)
Təbii yayılması
Qədim zamanlardan Çinin cənub-şərq, Asiyanın cənub-şərq subtropik və tropik rayonlarında becərilir.
Botaniki təsviri
Həmişəyaşıl, 2–3 m hündürlüyündə ağac, bəzən koldur. Çox sıx və yığcam çətirlidir. Zoğları və cavan budaqları basıq, üçtilli, kiçik tikanlı, yaşıl, çılpaqdır. Yarpaqları uzunsov-ellipsşəkilli, 4–6 (8) sm uzunluğunda, 15–3 sm enində, dərivarı ucdan küt, alt tərəfdən açıq yaşıl, üzəri vəzilərlə örtülmüşdür. Çiçəkləri ağ, 1–3 ədəd olmaqla yarpaqların qoltuğunda yerləşmişdir. Kasayarpağı 5, ləçəklər 4–6-dır. İyundan oktyabra qədər çiçəkləyir, meyvəsi dekabrdan maya kimi yetişir. Meyvəsi limon rəngində, yumru, 1,5–3 sm diametrində, qabığı hamar, dadı turş-şirin, ətirlidir, 3–7 dilimlidir. Hər dilimdə 2 toxum vardır. Meyvəsi yaş halda qabığı ilə bərabər yeyilir. Toxumları yaşıl rüşeymlidir. Azərbaycanda əksərən fevralda yetişir.
Ekologiyası
Kinkan limon, portağal və mandarin bitkilərinə nisbətən şaxtaya xeyli davamlıdır. Azərbaycanda yayılması: Lənkəran-Astara raoynlarında geniş sahələrdə becərilir.
İstifadəsi
Kal meyvələrindən mürəbbə və konserv hazırlanır. Kinkan kolları bəzək və otaq bitkisi kimi də becərilə bilər.
İstinadlar
- "Azərbaycan dendroflorasi" V cild, Baki, "Elm", 2019, 370 səh.
- ↑ Thunberg C. P., Uppsala K. V. i. Kaempferus illustratus seu Explicatio illarum plantarum, quas Kaempferus in Japonia collegit et in fasciculo quinto Aemonitatum Exoticarum adnotavit, secundum Systema sexuale ad Classes, Ordines, Genera et Species iam redactarum (çd.). // Nova Acta Regiae Societatis Scientiarum Upsaliensis Uppsala: 1780. C. 3. S. 208. ISSN 0029-5000