Yapon gərməşovu |
---|
|
|
|
|
Yapon gərməşovu (lat. Euonymus japonicus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Təbii yayılması
Yaponiyada, Qafqazda yayılmışdır.
Botaniki təsviri
Hündürlüyü 4-8 m olan həmişəyaşıl ağac və ya koldur. Cavan budaqları dörtdilli, qabığı qonurumtul-yaşıldır. Yarpaqları dərivarıdır, üst tərəfdən parlaq, tünd-yaşıl, altdan isə nisbətən solğun rəngdədir. Qaidə hissəsi pazvarı, kənarları oyuqvarı dişlidir. Aprel-may aylarında çiçəkləyir. Çiçəklərinin sayı 10-40 ədəd olub, yarımçətirli çiçək qrupunda yerləşir. Meyvəsi oktyabr-noyabr aylarında yetişir.
Ekologiyası
Gilli, qumsal torpaqlarda yaxşı bitir, şaxtaya, istiyə davamlıdır. Dəniz səviyyəsindən 1800 m hündürlüyə qədər olan meşələrdə seyrək hallarda bitir.
Azərbaycanda yayılması
Bu növ Böyük və Kiçik Qafazda, Cənub bölgəsində yayılmışdır. Respublikanın bütün rayonlarında mədəni şəraitdə park və bağlarda rast gəlinir.
İstifadəsi
Dekorativ bitki kimi yaşıllaşdırmada geniş istifadə olunur.
İstinadlar
Həmçinin bax