Yapon buxuru

Today məbədinin qarşısında yandırılan buxurlar.

Yapon buxuru (, ko?)Yaponiyada istifadə olunan ənənəvi buxur. Meditasiya, dini mərasim, aromaterapiya və ya xoş qoxu kimi məqsədlər üçün istifadə olunur. Yapon buxuru ilə məşğul olmaq sənəti kodo adlanır.

Tarixi

Buxur Yaponiyaya Çin vasitəsilə gəlmişdir. Yaponiyada buxur yandırılmasından bəhs edən ən qədim mənbə "Nihon Şoki" xronikasıdır. Buxur ilk dəfə 595-ci ildə İmperatriça SuikoŞahzadə Şotokunun dövründə istifadə olunmuşdur. Şotoku buddizmin Yaponiyadakı təbliğatçısı idi və buxur buddizmdə geniş istifadə olunurdu. Onun da təsiri altında buxur qısa müddətdən sonra populyarlaşmış və evlərdə də istifadə olunmağa başlanmışdır. Xüsusilə, saray əyanları buxur yandırmağı sevirdilər. Müxtəlif istehsalçılar öz buxurlarını hazırlamağa başlamış və yapon buxurunu yaratmışdırlar.[1]

Buxur yandırmaq praktikası Heyan dövrünün saray həyatını əks etdirən "Gencinin hekayəsi" romanında təsvir edilmişdir. Əsərdə bəzi personajlar buxur oyunu oynayırlar. Bu oyunda iştirakçılar buxurun qoxusuna əsasən buxurun növünü tapmalı idilər. Daymyo ailələrində buxur oyunu dəstələri toy cehizlərinin bir hissəsinə çevrilmişdir.[1] Saray əyanları öz hazırladıqları buxurları gətirib ən yaxşı buxuru müəyyən etmək üçün yarışlar keçirirdilər.[2]

Orta əsrlərdə buxur Yaponiyada daha da populyarlaşmışdır. XIV əsrin samurayları dəbilqələrini və zirehlərini buxurla arındırırdılar. Onlar düşünürdülər ki, bu, onları döyüşdə məğlubedilməz edə bilər. XV–XVI əsrlərdə buxur orta və yuxarı zümrədən şəxslər arasında geniş yayılmışdır. Buxur yandırmaq populyar sənət sahəsinə çevrilmiş, hətta populyarlıq baxımından çay mərasimi ilə rəqib olmuşdur.[1]

EdoMeyci dövrlərində buxura olan maraq azalsa da, buxur sənəti öz populyarlığını qorumuşdur. Kito Yuciro XX əsrin ən tanınmış buxur sənətçisi hesab olunur. O, ənənəvi buxur hazırlama texnikaları ilə Qərbin ətir mədəniyyətini birləşdirmişdir.[1]

Hazırlanması və istifadəsi

Buxur mərasimi üçün ləvazimatlar.

Yapon buxuru əsasən sandal ağacı, qatran, efir yağıaloe ağacı ilə hazırlanır. Bəzi buxurlar ancaq bitki mənşəli inqredientlər, bəziləri isə aromatik yağlar və boyaqlarla hazırlanır. Aloe ağacı və sandal ağacı yapon buxurunun əsas inqredientləridir. Bu ağaclarda aromatik qatran olur və koboku (ətirli ağac) əmələ gətirir. Kyara yağla zəngin olan və kəskin qoxulu koboku növüdür, ona görə də dəyərli hesab olunur.[1]

Yapon buxurunun əsasını Machilus thunbergii növündən olan ağacın gövdə qabığı təşkil edir. Bu ağacın qabığından makko adlı xəmir hazırlanır. Makko ilə buxurun çubuqları, şamları və ya halqaları hazırlanır. Temperatur, nəmlik və quruma müddəti buxurun keyfiyyətinə təsir edir. Müasir dövrdə yapon buxurunun 70%-i Hyoqo prefekturasında yerləşən Avaci adasında istehsal olunur. "Nippon Kodo" dünyada yapon buxuru istehsalı ilə məşğul olan ən böyük şirkətdir.[1]

Yapon buxuru meditasiya, dini mərasimlər, aromaterapiya, rahatlama, tüstüləmə, təmizlənmə, ətir və ya sadəcə xoş qoxu üçün istifadə olunur. Keçmişdə həşəratları qovmaq üçün də buxurdan istifadə olunurdu. Buxurun zehni boşaltmağa kömək etdiyi düşünülür, bu səbəbdən meditasiya və dualarda buxur yandırılır.[1]

Növləri

Yapon buxurunun iki əsas növü var: kunko (熏香?, isitmə buxuru)şoko (焼香?, yandırma buxuru). İsitmə buxuru isti daş kömürün üzərində yavaş-yavaş isidilərək istifadə olunur. Yandırma buxuru isə birbaşa yandırılır. Bu buxurun tüstüsü daha sıx olur və daha böyük əraziyə yayılır. Yandıqdan sonra külə çevrilir. Yandırma buxurunun çubuğu senko adlanır.[1]

Üçüncü buxur növü isə onu nə yandırıb nə də isitmədən öz sadə halında istifadə etməkdir və toz yaxud da kiçik qırıntılar formasında olur. Hər buxur növünün öz istifadə məqsədi olur.[1]

Qalereya

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 9 Larsen, Brooke. "Choosing the Best Japanese Incense: 6 Things to Know". Japan Objects (ingiliscə). 15 fevral 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2023.
  2. Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha. 1983. səh. 284. ISBN 0-87011-623-1. 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2023.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!