Yakov Aronoviç Kostyukovski (rus. Яков Аронович Костюковский; 23 avqust 1921, Zolotonoşa[d], Kremençuk quberniyası[d] – 11 aprel 2011, Moskva) — sovet və rus şairi, dramaturq və ssenaristi.
Həyatı
Yakov Aronoviç Kostyukovski 23 avqust 1921-ci ildə anadan olmuşdur. 1939–1941-ci illərdə Fəlsəfə, ədəbiyyat və tarix institutunun filologiya fakültəsində təhsil almışdır.
Qəzet və jurnal nəşrilə məşğul olmuşdur. 1948-ci ildən Vladlen Baxnovla birlikdə felyetonlar, satirik şeirlər, pyeslər, ssenarilər yazmışdır. 1963-cü ildən isə Moris Slobodskoyla ortaq kitablar yazmışdır.
O, Moris Slobodskoy və Leonid Qaydayla birlikdə 3 məşhur komediyanın ssenarisini yazmışdır: ""I" əməliyyatı", "Qafqaz əsiri" və "Brilyant əl".
Yakov Aronoviç Kostyukovski 11 aprel 2011-ci ildə miokard infarktından aprelin 8-də ağır vəziyyətdə gətirildiyi Moskvanın Botkin adına şəhər klinikasında vəfat etmişdir[1][2].
Filmoqrafiya
- "I" əməliyyatı və Şurikin başqa macəraları (film, 1965)
- Qafqaz əsiri və ya Şurikin yeni macəraları (film, 1966)
- Brilyant əl (film, 1968)
İstinadlar
Xarici keçidlər