Xurşidbanu Natəvanın heykəli — XIX əsr Azərbaycan şairəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində yerləşən heykəli. Heykəl Evian-le-Bən şəhərində 2017-ci ildə qoyulmuşdur, vandalizm hadisəsindən sonra Parisə gətirilmişdir.[1]
Haqqında
Yaradılması tarixi
2017-ci ildə İsmayıllı və Fransanın Evian-le-Bən şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində Evian şəhərində, Leman gölü sahilində "Azərbaycan parkı"nın rəsmi açılış mərasimi olub. Bununla yanaşı parkda “Dostluq” bulağı və Xurşidbanu Natəvanın heykəlinin də açılış mərasimi olub. Heykəlin müəllifləri Salhab Məmmədov və Əli İbadullayevdir.[2][3][4]
Vandalizm
2023-cü ilin dekabr ayının 18-də 2022-ci ildə Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalarla əlaqədar olaraq, parkdakı “Azərbaycan parkı” ifadəsi silinmişdir, ancaq abidə saxlanılmışdır.[5] Bundan sonra İsmayıllı rayonu hakimiyyəti Evian-le-Bənlə dostluq və əməkdaşlıq xartiyasının ləğv edildiyini qeyd etmişdir.[6]
2024-cü ilin yanvarında abidə vandalizmə məruz qalmış, üzəri qırmızı boya ilə boyanmış, burun və barmaqları zədələnmişdir.[7] Bundan sonra Azərbaycan tərəfi abidəni Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə götürmüşdür.[8] Prezident İlham Əliyev abidəyə qarşı vandalizmi və fransız hökümətinin daha sonrakı addımlarını tənqid etmişdir.[9]
10 may 2024-cü il tarixində Natəvanın heykəlinin Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində yenidən açılışı olmuşdur.[10]
Həmçinin bax
İstinadlar
Xarici keçidlər