Xristian milliyətçiliyi

Xristianlıq


Xristianlıq

Xristian milliyətçiliyixristianlıqla əlaqəsi olan dini milliyətçilik. Xristian milliyətçilər əsasən xristianlığın dəyərlərinə uyğun qanunların qəbul edilməsi kimi daxili siyasət mövzularına diqqət ayırırlar. Onlar fəal surətdə siyasət və tarixdən mədəniyyət və elmə qədər sosial həyatın müxtəlif sahələrində xristian və milliyətçi fikirlər yayırlar. ABŞAvropada xristian milliyətçilik mühafizəkarlıq və ya ultrasağçılıqla əlaqələndirilir.

Xristian milliyətçi hərəkatlar yerli kilsə müəssisələri ilə olan münasibətlərindən asılı olaraq adətən mürəkkəb bir rəhbərlik strukturuna malik olurlar. Bəzi hərəkatlar simvolik klerikal iştiraka sahibdirlər və kilsələri dolayı yolla dəstəkləyirlər, bəzi hərəkatlara isə yerli ruhanilər ya rəhbərlik edir, ya da ki onların yüksək təsiri altındadırlar. Ruhanilərin müxtəlif xristian milliyətçi hərəkatlarda iştirakı XIX əsrdən bəri iştirak etməsi xristian milliyətçiliyinin müəyyən bir formasının yaranmasına səbəb olmuşdur. Bu, klerik milliyətçilik və ya kleromilliyətçilik adlanır. Klerik milliyətçiliyin bəzi səciyyəvi radikallaşmış formaları müxtəlif Avropa ölkələrində klerik faşizmin yüksəlməsinə səbəb olmuşdur. Bu, xüsusən də XX əsrin birinci yarısındakı müharibələrarası dövrdə gerçəkləşmişdir.[1]

Həmçinin bax

İstinadlar

Ədəbiyyat

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!