Xoruzgülü və ya dağçiçəyi (lat.Adonis) — qaymaqçiçəklilər fəsiləsindən bitki cinsi.
Bir və ya çoxillik ot bitkisidir. Yarpaqları çox bölümlüdür. 20-dək, Azərbaycanda 5 növü məlumdur. Zəhərli olduğundan heyvanlar yemir. Ən çox yayılanı bahar xoruzgülüdür (Adonis vernalis). Otunun və çiçəyinin sulu cövhərindən ürək və ürək-damar nevrozlarında istifadə olunur.