XVI Karl Qustav

XVI Karl Qustav
Carl Gustaf Folke Hubertus
1973 – davam edir
Baş nazirOlof Palme
Thorbjörn Fälldin
Ola Ullsten
Thorbjörn Felldin
Olof Palme
İnqvar Karlsson
Karl Bildt
İnqvar Karlsson
Göran Persson
Fredrik Reinfeldt
ƏvvəlkiVI Qustav
Sonrakıyoxdur
Şəxsi məlumatlar
Doğum tarixi (78 yaş)
Doğum yeri Stokholm
Təhsili
Atası Qustav Adolf Bernadot
Anası Sibilla Sakse-Koburq-Qota
Həyat yoldaşı Silvia Sommerlat
Uşaqları

Viktoriya Bernadot

Karl Filip Edmund Bertil Bernadot
Madeleyn Tereza Ameliya Jozefina Bernadot
Ailəsi Bernadotlar sülaləsi
Dini Lüteranizm
Hərbi xidmət
Mənsubiyyəti İsveç
Qoşun növü İsveç Silahlı Qüvvələri
Rütbəsi Admiral

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XVI Karl Qustav (isv. Carl XVI Gustaf; 30 aprel 1946[1][2][…]) — indiki İsveç kralıdır. Qustav Adolf BernadotSibilla Sakse-Koburq-Qotanın tək oğludur. Atası öldüyü üçün taxta babasından sonra o keçmişdir.

Uşaqlığı

Karl Qustav 1946-cı ildə Stokholmda anadan olmuşdur. Onu xaç suyuna Uppsala arxiyepiskopu Erlinq Eydem salmışdı. O anadan olan kimi Yamtland hersoqu tituluna sahib olmuşdur. Atası erkən yaşda öldüyü üçün 4 bacısı ilə babasının yanında böyüyən Karl Qustav bu haqda 2005-ci ildə bir nitqində danışmışdı[3]. Orta təhsili bitirdikdən İsveç Donanması, İsveç Ordusuİsveç Hava Qüvvələrində 2 il yarım təhsil görən Karl donanmada leytenant, orduda isə kapitan rütbəsinəcən yüksəldi. Uppsala UniversitetiStokholm Universitetini bitirən Karl bir çox xarici şirkətdə idarəetmə barədə təlim keçdi.

Krallığı

1973-cü il, sentyabrın 15-i təntənəli şəkildə kral olan Karl İsveç kralları içində ən qısa titul işlədən adam olmuşdur. Belə ki, o babasının "Tanrının izni ilə İsveçlilərin, QotlarınVendlərin kralı" (lat. Dei Gratia Suecorum, Gothorum et Vandalorum Rex) titulundan imtina etmişdir. Özünə xüsusi şüar hazırlatmışdır[4]. Kralın hüququ və vəzifəsi çox azdır. O təkcə mərasimlərdə vəzifə yerinə yetirir, açılışlar edir. Baş naziri təyin edə bilmir. Onun vəzifələri arasında xaricə rəsmi səfərlər etmək və qonaq qəbul etmək, parlament sessiyaları açmaq və postuna yeni gəlmiş xarici dövlət başçılarına təbrik məktubları yazmaqdır[5]. O, həm də hər il Nobel mükafatını təqdim edir.

Ailəsi

Kral 1976-cı ildə Silvia Sommerlat ilə evləndi. Onların toy mərasimində ABBA qrupu "Dancing Queen" adlı mahnılarını ifa etmişdi. Onların üç övladı var:

Kral indiki bütün Avropa monarxları ilə qohumdur.

İstinadlar

  1. Карл XVI Густав // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. Lundy D. R. Carl XVI Gustav Bernadotte, King of Sweden // The Peerage (ing.).
  3. "Birgitta: Jag är rörd till tårar""Birgitta: Jag är rörd till tårar" (isveçcə) Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Aftonbladet jurnalı. 12 yanvar 2005
  4. "İsveç kral saytı". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-27.
  5. "Monarxın vəzifələri (İsveçcə)". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-27.
  6. SOU 1977:5 Kvinnlig tronföljd, p.16.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!