Vətəndaş Keyn

Vətəndaş Keyn
ing. Citizen Kane
Janr Dram
Rejissor Orson Uells
Prodüser Orson Uells
Ssenari müəllifləri Orson Uells
Herman C. Mankeviç
Baş rollarda Orson Uells
Cozef Kotten
Doroti Kominqor
Corc Kuluris
Everett Sloun
Rey Kollinz
Aqnes Murxed
Operator Qreqq Toland
Bəstəkar Bernard Herrmann
İstehsalçı RKO Radio Pictures
Distribütor RKO Pictures, Netflix, HBO Max[d]
İlk baxış tarixi 1 may 1941[2], 3 iyul 1946[2], 1941
Müddət 119 dəq.
Büdcə 839 727 $[1]
Ölkə ABŞ ABŞ
Dil ingiliscə
İl 1941
Rəng ağ-qara
Çəkiliş yeri San-Dieqo[3], Malibu[3]
IMDb ID0033467
Mükafatları Ən yaxşı orijinal ssenariyə görə "Oskar" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vətəndaş Keyn (ing. Citizen Kane) — 1941-ci il istehsalı olan ABŞ filmi, aktyor, rejissor Orson Uellsin ilk ən böyük həcmli filmi.

Filmin ssenarisini Herman Menkeviç, Cozef Kolen və Con Hauzmenlə birgə yazsa da titrlərində sonuncu iki nəfərin adı salınmamışdı. Hələ indiyə qədər filmin ssenarisində kimin hansı hissələri yazması mübahisəli olaraq qalır.

Filmin süjeti sadə quruluşa malikdir. Media-maqnat Çarlz Foster Keyn ölüm yatağında olarkən yalnız "qızılgül qönçəsi" sözlərini deyir və ölür. Bundan sonra film bir sənədli-xronikal sujet əsasında inkişaf etməyə başlayır.

Jurnalist Tompson isə Keynin həyatı, karyerası, ölümü və ən əsas da dediyi son sözlərin nə olması haqqında araşdırma aparmağa başlayır. Film boyu biz Keynin dostları, həyat yoldaşlarının onun haqqında olan xatirələrini eşidirik. Tompsona o, məlum olur ki, Keyn hələ uşaqlığında Tetçer adlı birisinin himayəsinə verilib və sonradan qəfildən Tetçer böyük miqdarda pul əldə edir. Tetçerin ölümündən sonra var-dövlət Keynə miras qalır.

Filmin kuliminasiya hissəsi isə Keynin media maqnatlığa doğru ilk addımları, "sarı mətbuat"ı populyar etməsi, ABŞ ştatlarından birinin qubernatorluğuna namizəd irəli sürülməsi, prezidentin yaxın qohumu ilə nigaha girməsi tutur.

Filmin son hissələri isə Keynin hər şeydən yorularaq öz malikanəsinə çəkilməsi və qulluqçusu ilə yaşaması təsvir edilir. Yalnız sonda jurnalist Tompson uzun araşdırmalardan sonra "qızılgül qönçəsi"nin əslində itirlimiş səadət olduğunu anlayır. Filmin son epizodlarında isə yenə başlanğıc kadrlara qayıdılır — malikanə, onun ətrafında işləyən fəhlələr və "Giriş qadağandır!" yazısı təsvir olunur.

Film 1952-ci ildən başlayaraq hər on ildən bir keçirilən 5 sorğuda kino tənqidçiləri, rejissorlar tətəfindən bütün dövrlərin ən yaxşısı seçilib. ABŞ "Mədəni İrs" siyahısına salınıb. Rejissorlar Kristofer Nolan, Terri Gilliam, Kşiştof Kislevski, Martin Skorseze, Kşiştof Zanussi, Oliver Stoun, Con Vu və başqalarının ən sevimli filmidir.

İstinadlar

  1. The American Film Institute Catalog of Motion Pictures Produced in the United States: Feature Films, 1941 — 1950. University of California Press. 1971. 433–435. ISBN 978-0520215214.
  2. 1 2 https://www.imdb.com/title/tt0033467/releaseinfo?ref_=tt_dt_rdat.
  3. 1 2 https://www.latlong.net/location/citizen-kane-locations-905.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!