Məzmun
Filmdə Bakı neftçilərinin həyat və məişətindən, onların neft uğrunda gərgin mübarizəsindən danışılır.
Film haqqında
- Film yazıçı Mehdi Hüseynin "Abşeron" romanı əsasında ekranlaşdırılmışdır.
- 1-ci seriya "Ataların torpağı", 2-ci seriya "Rəqiblər" (1976), 3-cü seriya "Geriyə dönüş" (1977) adlanır.
- Film Azərbaycan kinosu tarixində ilk 3 seriyalı filmdir və ilk serialdır.
- Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
- Filmin çəkilişlərinə 1976-cı ildən başlanılmışdır.
Filmin heyəti
Film üzərində işləyənlər
- Əsərin müəllifi: Mehdi Hüseyn
- Ssenari müəllifi: Çingiz Ələkbərov
- Quruluşçu rejissor: Tofiq İsmayılov
- Quruluşçu operator: Rafiq Qəmbərov
- Quruluşçu rəssam: Elbəy Rzaquliyev
- Bəstəkar: Nazim Əliverdibəyov
- Səs operatoru: Marat İsgəndərov, Vladimir Savin, Şamil Kərimov
- Rejissor assistentləri: Tofiq Məmmədov, Yusif Şeyxov
- Qrim rəssamı: Elbrus Vahidov
- Operator: Amin Novruzov
- Filmin direktoru: Tələt Rəhmanov
Rollarda
- Rasim Balayev — Tahir
- Məmmədrza Şeyxzamanov — usta Ramazan
- Leyla Bədirbəyli — Gülsüm
- Muxtar Maniyev
- Kamal Xudaverdiyev — usta Əli
- Şəfiqə Məmmədova
- Məmməd Məmmədov
- Şükufə Yusifova — Lətifə
- Həsən Məmmədov — Səməndər
- Şahmar Ələkbərov — Əmirhüseyn
- Gündüz Abbasov
- Fazil Salayev — Əliağa
- Tariyel Qasımov — Rüstəm
- Hamlet Xanızadə — Şirvan
- Fateh Fətullayev
- Eldəniz Zeynalov
- Rafiq Əzimov — Cabbarov
- Səməndər Rzayev
- Zemfira Sadıqova — Nisə
- Tələt Rəhmanov
- Şəfiqə Qasımova
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 90; 218-219.
Xarici keçidlər