Vought F-8 Crusader

Vought F-8 Crusader
İlk uçuş 25 mart 1955
İstismara verilmə tarixi mart 1957
İstimarının bitmə tarixi 19 dekabr 1999
İstismarçılar
Buraxılış sayı 1.219
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1952-ci ilin sentyabr ayında ABŞ Hərbi Donanması aviadaşıyıcılarda istifadə edilə biləcək, ön şərtlər içərisində təmirin asanlığı, qatlanan qanadlar, aşağı eniş sürəti və kreyser sürəti əsnasında supersonik sürətlərə çata bilən yeni bir təyyarə üçün səkkiz istehsalçı şirkət arasında yarış elan etdi.

Bundan öncəki üç cəhddə uğursuz nəticələr (F5U, F6U və F7U ilə) almış Chance Vought firması bu yarışmanı 45 dərəcə arxaya əyilmiş qanadları olan supersonik F8U “Crusader” ilə qazandı. Bu təyyarənin enmə və qalxma zamanı aşağı sürəti təmin edə bilən, hidravlik olaraq 7 dərəcəlik bucaq ilə qaldırıla bilən, uçuş və göyərtədə gövdəyə paralel olan xüsusi və bənzərsiz qanadları var idi. Dörd ədəd 20 mm-lik top ilə təchiz edilmiş F8U bir “silahşör” və pilotları tərəfindən hava üstünlük təyyarəsi olaraq qəbul edilirdi. Eyni zamanda 1800 kq-lıq silah yükü daşıya bilirdi. Bu yük gövdənin iki yanına bərkidilmiş 4 ədəd AIM-9 “Sidewinder” enfraruj AA döyüş raketi, qanad altındakı pilonlarda “Bullpup” AS idarə edilə bilən döyüş raketləri və “Zuni” AS raketlərindən ibarət idi.

F8U modelinin çox vacib olan uğurlarından biri Sakit okeandakı bir aviadaşıyıcıdan qalxıb ABŞ-ni başdan-başa keçərək Atlantik okeanına gəlməsidir. Tək motorlu bir təyyarə üçün çox vacib olan bu vəzifə əsnasında 1195 km/saat sürətlə qitələrarası sürət rekordunu da qırmağı bacarmışdır. Bu vəzifə əsnasında təyyarəni birbaşa astronavt və ABŞ senatoru olan USMC pilotu Minbaşı John Glenn idarə etmişdir. Livandakı patrul vəzifəsi, Kuba böhranındakı kəşfiyyat-foto vəzifələri də vacib vəzifələrindən hesab oluna bilər. Vyetnam müharibəsi zamanı davamlı olaraq ön sıralarda foto, hücumqırıcı təyyarə vəzifələrində çıxış etmiş, 18 ədəd MiG vurmağı bacarmışdır. Bu vəzifədə 83 ədəd F8U vurulmuş, 109 ədədi isə zədələnmişdir.

F8U-NE Donanma üçün istehsal olunan son modelidir. Hər cür hava şəraitində vəzifəyə imkan yaradan APQ-94 axtarış və silaha nəzarət radarı ilə təchiz edilmişdir.

Radar axtarışına “Sidewinder” döyüş raketləri üçün infraruj axtarış quraşdırılmışdır. İki qanad arasındakı kambura da AGM-12 “Bullpup” döyüş raketlərini idarə edə bilməsi üçün əlavə avioniklər yerləşdirilmişdir.

1987-ci ildə ABŞ Hərbi Donanmasından çıxarılmışdır. Fransa Donanması isə hələ də (2001) istifadə edir.

F8U modelinin taktiki-texniki xüsusiyyətləri

  • Ekipaj: 1
  • Mühərrik: 1 ədəd P+W J-57-P-4A
  • İtələmə gücü:71.2 kN
  • Qanad uzunluğu: 10.7 m
  • Uzunluq: 16.6 m
  • Hündürlük: 4.8 m
  • Qalxma ağırlığı: 12500 kq
  • Maksimum sürət: Mach 2
  • Kreyser sürəti: 1165 km/saat
  • Maksimum yanacaq ilə mənzili: 3900 km
  • Silah təchizatı:
    • 4 ədəd 20 mm-lik MG topu
    • 4 ədəd AIM-9 “Sidewinder” AA döyüş raketi/bomba
    • AS döyüş raketi/bomba

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!