Volna adası — Nordenşeld arxipelaqına daxil olan ada. Ada Kara dənizinin suları ilə yuyulur. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir.
Yerləşməsi
Arxipelaqın şərqində qərarlaşır. Şərq adaları qrupuna daxildir. Rusiyanın materik hissəsindən 50 km məsafədə yerləşir. Sahillərini Kara dənizinin suları yuyur.
Təsviri
Volna adası şimal-qərbdən cənub-şərqə uzanır. Uzunluğu 300 m, eni isə 200 metr təşkil edir. Adada yüksəklik yoxdur. Su altı və üstü qayalıqlarla əhatələnmişdir.
Ada 1965-ci ildə SSRİ Dəniz Donanması Nazirliyinin Hidriqrafiya gəmisi olan «Volna» gəmisinin şərəfinə adlandırılmışdır.
Xəritə