Volkani Mərkəzi

Volkani Mərkəzi
Fəaliyyəti kənd təsərrüfatı tədqiqatları
Yaranma tarixi 1921
Mərkəzi
Yarandığı yer Ben Şemen
agri.gov.il/he/home/defa…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kənd Təsərrüfatı Tədqiqat Təşkilatı – Volkani Mərkəzi (ivr.מנהל המחקר החקלאי - מרכז וולקני‏‎) — İsrailin kənd təsərrüfatı üzrə əsas tədqiqat və inkişaf təşkilatı. Qurucusu İtsak Elazari Volkaninin adını daşıyır.

Tarixi

İsrail poçt markasında (1971).

Volkani Mərkəzi 1921-ci ildə Ben Şemen fermasında İtsak Elazari Volkani tərəfindən tədqiqat stansiyası kimi yaradılmışdır. O, 1951-ci ilə qədər təşkilata rəhbərlik etmişdir. 1932-ci ildə təşkilatın laboratoriyaları və ofisləri Tel-Əviv şəhərinə köçürülmüşdür. 1932-ci ildə təşkilatın baş qərargahı Rehovot şəhərinə köçmüşdür. 1942-ci ildə təşkilat tərəfindən yaradılmış institut kənd təsərrüfatı üzrə dərslər keçirməyə başlamışdır.[1]

Xüsusiyyətlər

Təşkilatın mərkəzi kampusu Rişon-le-Sion şəhərində yerləşir və İsrail Kənd Təsərrüfatı Nazirliyinə ev sahibliyi edir. Təşkilat bir neçə institutu özündə birləşdirir: Aqro-Nanotexnologiya Mərkəzi; Botanika İnstitutu; Zoologiya İnstitutu; Su, Torpaq və Ətraf Mühit İnstitutu; Aqromühəndislik İnstitutu; Gilat Tədqiqat Mərkəzi; Neve Yaar Tədqiqat Mərkəzi.[2]

İstinadlar

  1. "תולדות המחקר החקלאי בארץ". Rəsmi saytı (ivritcə). 6 fevral 2014. 20 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2024.
  2. "Institutes". Rəsmi saytı (ingiliscə). 20 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2024.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!