Voleybol üzrə Qadınlar Dünya Çempionatı — voleybolun ən nüfuzlu yarışı olan "Dünya Çempionatı"nın qadınlar arasında keçirilən yarışlarıdır. Qadın voleybolunu populyarlığına görə kişi voleybolundan öndə olduğunu nəzərə alsaq, turnir səviyyəsinə və maraq dairəsinə görə voleybolun bir nömrəli kubokudur.
Dünya çempionatı Beynəlxalq Voleybol Federasiyası (FİVB) tərəfindən keçirilir. "FİVB"nın təşkil etdiyi digər bir yarış Dünya Kuboku ilə səhv salınmamalıdır.
Turnir ilk dəfə 1952-ci ildə SSRİ-də keçirilmişdir. Yarışın qalibi də elə ev sahibləri SSRİ millisi olmuşdur.
Müvafiq turnirdən sonra qadınlar arasında dünya çempionatı hər dörd ildə bir dəfə keçirilməyə başlandı. Bu mənada XX əsrin 60-cı illəri istisnadır. 1974-cü ilə qədər kişilər və qadınlar arasında keçirilən dünya çempionatları eyni ölkədə keçirilirdi. 1994-cü ildən etibarən isə turnir vahid şəhərdə yox, ev sahibi ölkənin bir neçə şəhərində keçirilməyə başlandı. Dünya çempionatının ən çox qalibi olmuş komanda isə SSRİ millisidir. Onlar nə az, nə çox beş qat dünya çempionlarıdır.
Turnirin arxivi
Medal sayına görə ölkələrin reytinqi