Vladimir Yakovloviç Voroşilov (rus.́Владимир Яковлевич Ворошилов; doğum soyadı: Kalmanoviç[2] (birinci nikaha daxil olarkən arvadının soyadını götürüb); 18 dekabr1930, Simferopol[1] – 10 mart2001, Peredelkino[d], Moskva vilayəti, Rusiya və ya Moskva vilayəti) — sovet və Rusiya televiziya xadimi, teatr rejissoru və rəssamı. "Nə? Harada? Nə zaman?" televiziya oyununun müəllifi, rejissoru və aparıcısı, Rusiya televiziya Akademiyasının akademiki. "Nə? Harada? Nə zaman?" Klublarının Beynəlxalq Assosiasiyasının birinci prezidenti (1989–2001). Rusiya Federasiyasının Əməkdar Mədəniyyət İşçisi (1994).[3]