Vladimir Putinin danışıqlar masası 1990-cı illərin sonlarında, Boris Yeltsininprezidentliyi dövründə Kremldə quraşdırılmış ağ rəngli oval masadır. Bildirilir ki, masa 6 metr (20 fut) uzunluğundadır, fıstıq ağacından hazırlanmışdır və içi boş üç taxta dayaq üzərində dayanır. Ağ laklıdır və yan tərəfi qızılla örtülmüşdür.[1]
Masanın İtaliyanın Kantu şəhərində yerləşən OAK Mebel şirkəti tərəfindən, 1995–1997-ci illər arasında Kremlini döşəmələrlə təchiz edildiyi müqavilənin bir hissəsi olaraq hazırladığını iddia edilir. OAK iddiasını dəstəkləmək üçün 1999-cu ildə Yetlsin tərəfindən imzalanmış sertifikat hazırlamışdır.[2] Bununla belə, ispan istehsalçı Visentey Zaraqoza masının ağ fıstıq ağacından hazırlanıb yanlarının qızıl təbəqə ilə örtüldüyünü və 2005-ci ildə Kremlinə göndərildiyini iddia edir.[1]
Putinin qorxutmaq və güc imicini nümayiş etdirmək cəhdi və ya COVID-19-a yoluxmaq qorxusu üçün uzun masadan istifadə etməyi seçdiyi fərz edilir.[7][8][9] Lakin, Putinin eyni dövrdə Çin Kommunist Partiyasının lideri Si Tszinpin və Belarus prezidenti Aleksandr Lukaşenko ilə yaxın görüşlərdə iştirak edərkən görüntülənib.[10]