Vladimir Vladimiroviç Pozner (rus. Владимир Владимирович Познер) — SSRİ, ABŞ və Rusiya televiziya jurnalisti və aparıcısı, Rusiya Televiziyası Akademiyanın birinci Prezidentı (1994–2008).
Həyatı
Vladimir Vladimiroviç Poznerin atası Rusiyadan 1922-ci ildə mühacirət edən, Vladimir Aleksandroviç Pozner (1908–1975) adlı bir yəhudi idi.[3] Anası isə fransız Jeraldin Lütten (1910–1985) idi. Vladimir Vladimiroviça atasının şərəfinə ad verdilər və bir katoliki kimi Paris Notr-Dam kilsəsində vəftiz etdilər. Rusiya və Fransa yazıçısı, Vladimir Solomonoviç Pozner onun qohumudur.[6]
Poznerin valideynləri onun beş yaşına qədər rəsmən evlənməmiş idilər. Vladimirin yaşı üç ayı olan kimi, anası onu ABŞ-yə aparıb.
Tənqidi
Publisist Sergey Smirnovun fikrincə, Vladimir Pozner Vremena proqramında tarixi faktları təhrif edirdi və manipulyasiya texnologiyaları iştədirdi. 2018-ci ildə Yevgeniya Albats da, Al Jazeera kanalının efirində Poznerin o zaman çıxan proqramını təbliğat maşını (ing. propaganda machine) adlandırıb. Bundan əvvəl stdusiyadan çıxan Pozner[8] az sonra verdiyi açığlamada Al Jazeera kanalını təbliğat kanalı olaraq saydığını yazmışdı.[9]
İstinadlar