1890-1895-ci illərdə London Kral Cəmiyyətinin prezidenti olmuşdur. O, 1848-ci ildə mütləq temperatur şkalasını təklif etmişdir. O, elmi aləmdə öz kəşfləri və riyaziyyat və fizikaya böyük töhfələr verməsi ilə nüfuz qazanıb. Vilyam Kelvin ilk dəfə hidrogen və heliumun uğurlu mayeləşməsi üsulunu icad etməyə nail oldu. Fizika sahəsində kəşfləri ilə əlaqədar istiliyi ölçmək cədvəli "Kelvin cədvəli" adlanır. Vilyam Kelvin termodinamikanın əsaslarını qoyanlardan biridir. Vilyam Kelvin termodinamikanı fiziki fənn dərəcəsinə yüksəltdi və onun birinci və ikinci qanunlarını qəti şəkildə xülasə etdi.[6]