Vilyam Petti (ing. William Petty; 26 may 1623[1][2][…] – 16 dekabr 1687[2][3][…], London[4]) — ingilis iqtisadçısı, xırda sənətkar ailəsində doğulmuş, Leyden,Paris, Oksford universitetlərində tibb təhsili almış, 1647-ci ildə surət çıxaran maşın icaq etmiş, 1649-cu ildə fizika elmləri doktoru, 1651-ci ildə isə anatomiya və musiqi professoru olmuşdur.[5] 1659-cu ildə İngiltərədə II Karlın məsləhətçisi seçildi.
Həyatı
Burjuaziyanın mənafeyinə xidmət edən Petti menkartilistlərdən fərqli olaraq, var-dövlətin mənbəyini tədavüldə deyil, istehsalda görürdü. O, izafi dəyərin yaranma mənbəyini izah etməyə çalışaraq, ümumi izafi dəyər kimi rentanı göstərirdi. Rentanın növləri kimi torpaq rentası, pul rentası və diferensial rentanı fərqləndirirdi. O, hesab edirdi ki, əmək haqqının yüksəldilməsi kapitalistə ziyandır və əmək haqqı fəhlənin minimum yaşayışını təmin etməlidir. O, burjuaziya cəmiyyətini təbii və əbədi hesab edirdi.
Vilyam Pettinin əsərləri içərisində 1662-ci ildə nəşr olunmuş "Vergilər və rüsumlar haqqında traktat" kitabı xüsusi qeyd olunur. Sonrakı illərdə alimin "Siyasi hesab"(1690), "Mütəfəkkirin dastanı(1691), "İrlandiyanın siyasi anatomiyası" (1691), "Pulların müxtəlifliyi"(1695), kitabları nəşr olunmuşdur. Onun iqtisad elminə daha böyük töhfəsi isə milli sərvətin və vergiqoyma üçün lazımi bazanın müəyyən edilməsi yolu ilə milli gəlirin qiymətləndirilməsinə xidmət edən "Siyasi hesab" adlı əsəridir.
İstinadlar
Xarici keçidlər
| |
---|
Lüğətlər və ensiklopediyalar | |
---|
Şəcərə və nekropolistika | |
---|
|