Vilyam Ostin Bört

Vilyam Ostin Bört
ing. William Austin Burt
Doğum tarixi 13 iyun 1792(1792-06-13)[1]
Vəfat tarixi 18 avqust 1858(1858-08-18)[1] (66 yaşında)
Vəfat yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vilyam Ostin Bört (William Austin Burt; 13 iyun 1792[1]18 avqust 1858[1], Detroyt, Miçiqan) — amerikalı ixtiraçı.

Həyatı

Vilyam Ostin Bört 1792-ci il iyun ayının 13-də Amerikanın Massachusetts ştatının Worcester əyalətinin Petersham şəhərində anadan olmuşdur. 1699-cu ildə atalarının ABŞ-yə köç etmişdi. O, doqquz uşağın beşincisi idi. Onun atası Şotlandiyalı və İngilis soyundan idi. Zəif iqtisadiyyatdan ötəri ailə ferması 1802-ci ildə satılmış və ailəsi Freehold, Nyu-York şəhərinə köçmüşdü. 1803-cü ildə ailə Nyu-Yorkun Broadalbin şəhərinə köçdü.

Fəaliyyəti

1829-cu ildə amerikalı ixtiraçı Vilyam Ostin Bört (William Austin Burt) tərəfindən Müasir printerlərin prototipi olan İlk çap maşını yaradılmışdır. Bu maşınlar görmə qabiliyyətindən məhrum olan şəxslər üçün nəzərdə tutulmuşdu. Amerikalı ixtiraçı Vilyam Ostin Börtü "çap maşınının atası" adlandırırlar. Belə ki, 1829-cu ildə Bört ilk çap maşınını yaratdığına görə patent almışdır. O, işləmə qabiliyyətinə malik ilk gəmilərin dənizdə mövqeyini təyin etmək üçün nəzərdə tutulmuş günəş kompasını da kəşf etmişdir.

Ədəbiyyat

  • Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.

İstinadlar

  1. 1 2 3 4 William Austin Burt // SNAC (ing.). 2010.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!