Vilyam Marş Rays (ing. William Marsh Rice; d. 14 mart 1816, Sprinqfild, Massaçusets, ABŞ – ö. 23 sentyabr 1900, Nyu-York, Nyu-York, ABŞ) — ABŞ-nin Massaçusets ştatından olan biznesmen; Rays Universitetinin yaradıcısı.[1]
Həyatı
14 mart 1816-cı ildə Massaçusets ştatının Sprinqfild şəhərində anadan olmuşdur.
Fəaliyyəti
Texas ştatında pambıq satışı ilə məşğul olmuş və nəticədə yüksək məbləğdə vəsait əldə etmişdir.[1]
Təhsilə qayğısı
1891-ci ildə Rays Hyuston şəhərində öz adını daşıyan müstəqil təhsil müəssisəsi yaratmaq qərarına gəlir.[1] Lakin o, 1900-cü il sentyabrın 23-də qəflətən vəfat edir.[1] Ölümündən sonra onun vəsiyyətnaməsi ətrafında mübahisələr yaranır.[1] Sonradan Raysın vəkili Albert Patrikin vəsiyyətnamədə saxtakarlığa yol verdiyi məlum olur və o, həbs edilir.[1] Ali məktəb isə, yalnız 1912-ci ildə yaradılır.[1]
Xatirəsi
1912-ci il sentyabrın 23-də, Raysın ölümünün ildönümündə Rays İnstitutunun Vilyam Marş Rays adına Ədəbiyyat, Dəqiq və Humanitar Elmlərin İnkişafı İnstitutu fəaliyyətə başlamışdır.[1]
1930-cu ildə Rays İnstitutunun hazırda "Lovett Holl" kimi tanınan inzibati binasının yaxınlığında Raysın əyləşmiş şəkildə böyük tunc heykəli qoyulmuşdur.[1]
1960-cı ildə Rays İnstitutu rəsmi olaraq Vilyam Marş Rays Universiteti adlandırılmışdır.[1]
İstinadlar