Vilyam Layon Makkenzi

Uiliam Layon Makkenzi

Vilyam Layon Makkenzi (ing. William Lyon Mackenzie; 12 mart 1795, Sprinqfeld, Dandi) — Kanada jurnalisti, siyasətçisi, inqilabçısı.

Həyatı

Vilyam Layon Makkenzi 12 mart 1795-ci ild Sprinqfelddə anadan olub. Müəllim təhsilini məhəllə məktəbində tamamladıqdan sonra 1817-ci ildə Uiltşirdə bir kanal şirkətinin idarə edilməsi üzrə iş dünyasına girdi.

1820 və 1830-cu illlərdə Vilyam Layon Makkenzi Yuxarı Kanada sisteminin ən böyük, kritik tənqidçisi idi. Onun temperamenti və inancı onu müstəmləkə hökumətinə qarşı silahlı üsyan etməyə və hətta, bu üsyana başçılıq etmə nöqtəsinə qədər aparmışdı. 1820-ci ildə Makkenzi İngilis Şimali Amerikaya köç etdi. 1824-cü ildə Müstəmləkə Müdafiəsini nəşr etməyə başladı və 1 il əvvəl nəşr yerini Quinstondan Yorka (Toronto) daşıdı. Qəzeti vasitəsilə koloniya içindəki imtiyaz və iqtidar adamlarını çox şiddətlə tənqid etdi və 8 İyun 1826-cı ildə bir sıra gənc jurnalist onun mətbəəəsini alt-üst etdi. Bu, Makkenizyə, onun məqaləsinə və reformist fikirlərinə qarşı Family Compact kimi tanınan iqtidar partiyasının səhvi idi.

O, tezliklə Yuxarı Kanada camaatı arasında xalq qəhrəmanı olmağa başlayır kim ki, Yuxarı Kanada idarəçiləri haqqında düzgün fikirlərə sahibdir və artıq nəsə edilməyin tərəfdarıdır.

Makkenzi 1828-ci ildə York qraflığı üçün Yuxarı Kanadanın Qanunvericilik Assambleyasına seçkilərdə qalib gəldi və 1830-cu ildə yenidən seçildi. 1831-ci ildə o, hökumətə şiddətlə hücum etdi və buna görə də assamblyedan qovuldu. O, 1834-cü ilə tez-tez seçkilərə yenidən seçilirdi və qovulurdu. 1835-ci ildə yeni qurulan Toronto şəhərinin ilk bələdiyyə başçısı seçildi.

1829-cu ili onun siyası həyatında kritik il idi, belə ki, o, həmin ildə Amerika Birləşmiş Dövlətlərinə səfər etdi və Vaşinqtonda president Andrew Jackson ilə görüşdü. Bu görüşdən sonra Makkenzi öz hislərinə bird aha əmin oldu: onun Yuxarı Kanadanın siyası elitalarına olan tənqidləri haqlıdır və bu respublikaçı hökumət, bəlkə də, siyası və social islahatlara nail olmaq üçün ən real cavabdır. 1832-ci ildə Kanadaya gedərək İngilis hökumətinə Yuxarı Kanadadakı acı bir vəziyyət haqqında etiraz etdi və nəzakət və haqlı bir simpatiya ilə qarşılandı. Onun idarəetmə ilə əlaqədar aqresiv və birbaşa hücumları qanuni hərəkət təhdidləri, təhqir iddiaları və təzyiq bürolarının qırıldığı və Ontario Gölünə atıldığı qəzetin bürosuna hücum ilə dərhal cavab gətirdi.

Makkenzi əyalətdəki islahat iddiasını ətraflı olaraq izah edən və 1835-ci ildə nəşr olunan "Şikayət Komitəsinin Yeddinci Hesabatı/İslahatı" nı hazırlayarkən çox əziyyət çəkmişdi. 1835-ci ilin noyabr ayında Makkenzi Louis-Cozef Papineau'nu ziyarət etdi və iki Kanadalıların reformist qrupları arasındakı ittifaqı gücləndirdi.

1836-cı ilin ümumi seçkilərində Makkenzi vəzifəsini itirdi. O, yeni qubernator Francis Bondun açıq siyasətbazlığında təhqir edildi. Makkenzi radikal tədbirləri müdafiə edən adamlardan ibarət bir qrupun mərkəzi oldu. İyul ayı, 1837-ci ildə gələcəkdəki ola biləcək inqilab üçün mərkəz qurma istiqamətində bir ehtiyat komitə təyin edildi. Makkenzi və onun davamçıları, 25 noyabr 1837-ci ildə müvəqqəti hökuməti elan edənə qədər açıq üsyan hərəkatına başladı.

Üsyan və sürgün

Üsyançılar təkcə Makkenzi və hücuma qatılan ardıcılları deyildi, həmçinin, Vali Bondun başçılıq etdiyi İngilis Konservativ Partiyasının üzvləri (Torry) idi. 7 dekabr 1837-ci ildə üsyankarlara sadiq Tory gücləri hücuma məruz qaldı. Üsyançılar tezliklə dağılmağa başladılar və Makkenzi Amerika Birləşmiş Dövlətlərinə qaçdı. Niagara çayındakı Navy Adalarının müqəddəs sahəsindən müvəqqəti bir hökumət elan etdi, ancaq tezliklə bu da geri çəkildi. Makkenzi 1839-cu ildə həbs olundu və tərəfsizlik qanunlarını tapdaladığı üçün 12 ay həbs cəzasına məhkum edildi.

Makkenzi növbəti on ildə ailəsini jurnalistika və New York Gömrük Məclisində bir müddətə çalışaraq dəstəklədi. 1849-cu ildə Birləşmiş Kanada əyalətinin Qanunvericilik Assambleyasının amnistiya siyahısına düşərək əfv edildi və Kanadaya geri döndü. 1850-ci ildə Haldimanda getmək üçün qanunvericilik orqanına seçildi və 1858-ci ildə təqaüdə çıxana qədər burda oturdu. Lakin məsul hökuməti və Birləşmiş Kanada Əyalətinin siyasi həyatında operativ prinsipləri yaratmaq üçün modelləşdirilən təşkilatları çox az anlamışdı və bundan belə siyasi həyatında, 1837-ci ildəki üsyandan əvvəl olduğu kimi əhəmiyyətli bir rol oynamadı.

Baxmayaraq ki, Makkenzi arzu etdiyi düşünülən islahatların həyata keçirilməsində uğursuzluq yaşadı, onun dəyişiklik üçün etdiyi hərəkətlər, göstərdiyi şücaətlər Kanada tarixində xüsusi yer tutub və Kanadalıların siyası tarixi məhz onun yazdıqları və etdiklərindən bəhrələnib. Makkenzi, 1861-ci ilin 28 avqustunda vəfat edib.

Mübahisə və miras

Makkenzinin rəsmi bioqrafiyası onun kürəkəni Charles Lindsey tərəfindən 1862-ci nəşr olundu. Yaxın keçmişdə, miras üçün bir sıra mübahisələr oldu, kimisi Makkenzinin siyasi müvəffəqiyyətsizliklərindən bəs etdi, kimisi onu siyasi qəhrəman kimi qələmə verdi. Tənqidçiləri onu Torontonun borcu və ya bölünmüş təşkilatları ilə başa çıxa bilməyən təsirsiz bir bələdiyyə başçısı olaraq təyin edir. Bədxahlar əsassız olaraq, onun liderlik əskikliyini ölümcül bir qüsur olaraq göstərirlər.

Yenə də 1837-ci ildəki uğursuz üsyana baxmayaraq, Makkenzi yeni bir millətiniçində demokratik bir cəmiyyətin lazımlı ünsürlərini təyin etməyə kömək etdi. 2002-ci ildəki köhnə Makkenzi bioqrafiyasında, köhnə Toronto Bələdiyyə Başçısı John Sewell, Makkenzinin ədalətli bir seçki prosesi də daxil olmaqla radikal demokratik ideallarının siyasi mövzularda xalqa açıq müzakirələri açıqladığını və xalqın demokratik müddətcə iştirakının 21-ci əsrdə də əhəmiyyətini qoruduğunu iddia edir. Bununla birlikdə, Makkenzininnin qızdırmalı hirsi, qısa boy və qırmızı parik kimi qəribəliklərinin hesabatları, onu Yuxarı Kanadada məsul və məsuliyyət sahibi bir hökumətin mübarizəsində lider olaraq siyasi irsindən zaman zaman çıxardı.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!