| Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Vilyam Hört (ing. William Hurt; 20 mart 1950[1][2][…], Vaşinqton[5] – 13 mart 2022[3][4][…], Portlend) — ABŞ-lı aktyor.
Həyatı
Altı yaşına qədər atasının təyin edildiyi Quam adalarında yaşayan Uliyam Hört ana-atasının boşanmasıyla birlikdə atasını ziyarət üçün Sudan və Somali kimi yerləri çox kiçik yaşda gəzmə fürsəti tapdı. Bir yaşında olanda anasının III Henri Lüs ilə evlənməsi ilə birlikdə səyyah həyatı birdən-birə dəyişən aktyor, ögey atasının istəyi ilə qatı bir teologiya təhsili görməyə başladı.
Culyardda Con Hausman nəzarəti ilə drama təhsili alan Hörtün intizam problemi olduğu üçün məzun olmadan məktəbdən ayrıldı. Şansını Oreqonda sınamağa qərar verən aktyor Yucin O'Nilin Gecəyə uzun günlərin səyahəti adlı səhnəciyi ilə birlikdə ilk səhnə təcrübəsini yaşadı. Bir müddət Aşlend Şekspir Festivalında işləyən Hört 1976-cı ildə buradan Nyu-Yorka keçərək Çevrə Repertuar Birliyində də aktyor olaraq işləməyə başladı.
1976–77 mövsümü içərisində səhnələnən Mənim həyatım adlı səhnəcikdəki performansıyla Obie mükafatının sahibi olan aktyor 1980-ci ildə kamera qarşısına keçdi. Dəyişdirilimiş dövlətlər adlı filmdə canlandırdığı öz üstündə təhlükəli təcrübələr aparan alim rolu ilə müsbət rəy aldı. Sonrakı il Lourens Kezdanın Bədən istliyi adlı neonuar erotik triller hiyləgər bir qadınla xəstəlikli bir əlaqədə olan bir hakimi canlandırdı. 1983-cü ildə Kezdan ilə ikinci dəfə bir yerə gələn Böyük xəyal qırıqlığı adlı faciəvi komediya janrındakı filmdə intihar edən dostunun yası ilə əlaqədar lisey dostlarıyla təkrar bir yerə gələn narkoman bir Vyetnam əsgərini canlandırdı.
1985-ci ildə rol aldığı Ektor Babenkonun Hörümçək qadının öpüşü adlı filmdə canlandırdığı Latın Amerika həbsxanasında məhkum olan homoseksual vitrin dizayneri rolu ilə Ən yaxşı kişi roluna görə Oskar mükafatının sahibi oldu. Karyerası ərzində çox fərqli rolları təsir edici və də real bir üslubla canlandıran aktyor 1986-cı ilin filmi Kiçik tanrının övladlarındakı müəllim və 1987-ci ilin filmi Televiziya xəbərlərindəki televiziya aparıcısı rolu ilə iki dəfə daha Oskara namizəd göstərildi.
Ən az sinema qədər teatr sahəsində də bir ad olan Vilyam Hört bu günə qədər yetmişin üzərində oyunda rol aldı. Bunlardan Devid Rabenin Hurlyburly adlı səhnəciyi aktyora Toni mükafatı namizədliyi gətirdi.
İstinadlar
Xarici keçidlər
| |
---|
Lüğətlər və ensiklopediyalar | |
---|
Şəcərə və nekropolistika | |
---|
|