Vilyam Eynthoven (21 may 1860[1][2][…], Semaranq, Niderland Ost-Hindi – 29 sentyabr 1927[3][2][…], Leyden, Cənubi Hollandiya[3][7]) - Niderland fizioloqu, elektrokardioqrafiyanın banisi. Nobel mükafatı laureatı (1924). Utrext Universitetini bitirmişdir (1885).
1886-cı ildә Leyden Universitetinin professoru olmuş vә ömrünün sonuna kimi bu vәzifәdә işlәmişdir. 1903-cü ildә ürәyin elektrik aktivliyini qeyd etmәk üçün cihaz quraşdırmış vә 1906-cı ildә ilk dәfә olaraq diaqnostik mәqsәdlә elektrokardioqrafiyadan istifadә etmişdir. Əsәrlәri, әsasәn, elektrofiziologiya üzrәdir. Neyro-elektrofiziologiya sahәsindә ilk tәdqiqat aparan alimlәrdәn olmuşdur. İmpuls aktivliyini aşkar etmiş vә simpatik sistemin sinir yollarında impuls aktivliyini qeydә almışdır. London Kral Cәmiyyәtinin әcnәbi üzvü seçilmişdir.
İstinadlar