Vilberfors (ing.Wilberforce) — 1973-cü ildən 1987-ci ilə qədər Böyük Britaniyanın Baş nazirinin Dauninq-strit 10 ünvanında yerləşən iqamətgahında baş siçantutan[ing.] vəzifəsində çalışmış pişik. O, dörd baş nazirin dövründə xidmət etmişdir: Edvard Hit[ing.], Harold Vilson,[a]Ceyms Kallaqan və Marqaret Tetçer.[1] Ölümündən qısa müddət sonra nəşr olunan nekroloqlarda o, "Britaniyanın ən yaxşı siçantutanı" kimi təsvir edilmişdir.[2][3]
Vilberfors 1973-cü ildə Heyvanlara Qəddarlığın Qarşısının Alınması Kral Cəmiyyətinin Hounslow şöbəsindən övladlığa götürüləndə səkkiz həftəlik pişik idi.[4] O, ingilis abolitionistVilyam Vilberforsun[ing.] şərəfinə Vilberfors adlandırıldı.
Dauninq-stritin keçmiş mətbuat katibi Bernard İnqhama görə, baş nazir Marqaret Tetçer bir dəfə Vilberforsa "Moskvada supermarketdə bir qutu sardina" alıb, çünki "alacaq başqa bir şey yox idi".[5][6]
BBC-nin 1983-cü il ümumi seçkiləri ilə bağlı reportajı zamanı Ester Rantzen Vilberforsu qucağında saxladı və onu tamaşaçılara təqdim etdi.[7]
1986-cı ilin dekabrında 1987-ci il ümumi seçkilərini gözləyərkən, Linkolnşayr Exo Wilberforce haqqında bunları səsləndirdi:[8]
Hökumətlər gəlib-gedə bilər, lakin Vilberfors bığlarının ətrafında baş verən güclü hadisələrdən narahat olmadan əbədi olaraq mövcuddur.
Ölümü
Vilberfors on dörd il xidmət etdikdən sonra 3 aprel 1987-ci ildə təqaüdə çıxdı. O, 19 may 1988-ci ildə 15 yaşında yuxuda öldü. Qocalar evinin yaxınlığında dəfn edilib.