Viktoriya Bekhem 1974-cü il aprelin 17-dəİngiltərədə anadan olub. Kifayət qədər imkanlı ailədə böyüyüb. İlk əvvəl teatr məktəbində, daha sonra Leyn Arts teatr kollecində təhsil alıb. Oxuduğu illərdə hobbisi rəqs idi. Model kimi işləyirdi. Qəzetdə oxuduğu elan bütün həyatını dəyişdi. Pop qrupun yaradılması məqsədilə oxumağı, oynamağı bacaran 5 qız tələb olunurdu. “Spice girls” qrupu onun həyatında silinməz izlər buraxdı.
2000-ci ildə qrupun qızları solo layihələr üzərində işləməyi qərara aldılar. 1999-cu ilin iyulunda Viktoriya Devid Bekhemlə ailə həyatı qurur. Dörd övladları var: Bruklin, Romeo və Kruz.